Icma.az
close
up
RU
Dövlət orqanlarının stasionar və qaynar xətlərinin 2025 ci il üzrə ümumi monitorinq nəticələri FOTO

Dövlət orqanlarının stasionar və qaynar xətlərinin 2025 ci il üzrə ümumi monitorinq nəticələri FOTO

Icma.az bildirir, Sia Az portalına istinadən.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2025-ci il 15 yanvar – 17 fevral tarixlərində dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin monitorinqi aparılıb. SİA xəbər verir ki, monitorinq çərçivəsində 5 ali icra hakimiyyəti, 24 mərkəzi icra hakimiyyəti, 10 publik hüquqi şəxs və 1 yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 40 dövlət orqanı (qurumu) əhatə edilib.
Monitorinq çərçivəsində bütün dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinə günün birinci və ikinci yarısı üzrə ümumilikdə təkrar cəhdlərlə birgə 3000-dən çox zəng edilib. Müvafiq iş günləri ərzində günün birinci və ikinci yarısında müxtəlif saatlarda dövlət orqanları (qurumları) üzrə 29 qurumdan 23-nin (bəzi qurumların qaynar xətti eynidir və ya yeni yaranıb) stasionar və qaynar xətlərinə, 6 qurumun yalnız stasionar nömrələrinə (qaynar xətləri yoxdur), 8 qurumun yalnız qaynar xətlərinə (stasionar nömrələri yoxdur və ya ləğv edilib) zənglər edilib.
Monitorinqin aparılması qaydası
Monitorinq keçirilən rəy sorğularının nəticələri əsasında vətəndaşlar tərəfindən ən çox müraciət edilən dövlət orqanlarını (qurumlarını) əhatə edir. Ümumilikdə, 1 ay ərzində 40 dövlət orqanına (qurumuna) məxsus 75 (41 stasionar və 34 qaynar xətt) stasionar və qaynar xəttin günün birinci və ikinci yarısında müxtəlif saatlarda olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib. Monitorinq əsnasında obyektivliyi təmin etmək məqsədilə məşğul və itirilmiş zənglərə görə təkrar zənglər edilib.
Dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutan monitorinqin əhatə dairəsinə daxil edilən dövlət orqanlarına (qurumlarına) məxsus olan stasionar nömrələr və qaynar xətlərin siyahısının tərtibində qurumların rəsmi səhifələrindəki əlaqə bölmələrinə istinad edilib.
Zənglərin qeydə alınma müddətinə gəlincə, zənglərə cavab verilənədək gözləmə müddəti operatorun səsindən sonra siqnal səsi ilə dəstəyin qaldırılması arasındakı vaxtla, həmçinin cavablandırılmamış zənglər üzrə gözləmə müddəti operatorun səsindən sonra siqnal səsi ilə dəstəyin asılması arasındakı intervalla müəyyən edilib. Zənglərə birbaşa cavab vermə üzrə gözləmə müddəti siqnal səsi ilə cavablandırma arasındakı vaxt, cavab verilməmiş zənglərdə isə siqnal səsi ilə dəstəyin asılması arasındakı vaxt ilə müəyyən edilib. Monitorinq çərçivəsində edilən bütün zənglərin planşet vasitəsilə video qeydiyyatı aparılıb.
Monitorinq nəticələrinin emalı və təhlili
Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb.
Monitorinq nəticələrinin təhlili
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən – 15 yanvar – 17 fevral tarixində 40 dövlət orqanının (qurumunun) stasionar və qaynar xəttinə ümumilikdə təqribən 3000-ə yaxın, təkrar cəhdlərlə birlikdə bundan daha çox zəng edilib.

Monitorinq nəticələrində kommunikasiya xətlərinə edilən zənglərə cavab vermə üzrə orta müddətlərə gəlincə, stasionar nömrələrə edilən zənglərin cavablandırılması üzrə orta müddət 19 saniyə, qaynar xətlər üzrə 55 saniyə olub.

▪ Günün birinci yarısında stasionar nömrələr üzrə 21 saniyə, qaynar xətlər üzrə 50 saniyə orta müddət qeydə alınıb.

▪ Günün ikinci yarısında stasionar nömrələr üzrə orta müddət 17 saniyə, qaynar xətlər üzrə 1 dəqiqə olub.

Demoqrafik göstəricilər üzrə təhlillərə əsasən, stasionar nömrələr üzrə zənglərə cavab verənlərin 16.8%-i və ya 139 nəfəri kişi, 83.2%-i və ya 690 nəfəri qadın olub.
Qaynar xətlər üzrə zənglərə cavab verənlərin 14.2%-i və ya 201 nəfəri kişi, 85.8%-i və ya 1215 nəfəri qadın olub.
♦ Stasionar nömrələr üzrə ümumi zəng göstəriciləri
Monitorinq nəticələrinə əsasən, dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinə edilmiş ümumi zənglərin 61.6%-nə (840 zəng) cavab verilib, 38.4%-nə (524 zəng) cavab verilməyib. Stasionar nömrələr üzrə zənglərə günün müxtəlif saatlarında cavab vermə göstəricilərinə gəlincə, günün birinci və ikinci yarısında cavab verilmiş zənglərin sayında ciddi fərq nəzərə çarpmayıb:
▪ Günün birinci yarısında stasionar nömrələr üzrə zənglərin 62.1%-nə və ya 424 zəngə cavab verilib, 37.8%-nə və ya 258 zəngə cavab verilməyib.
▪ Günün ikinci yarısında stasionar nömrələr üzrə zənglərin 61.0%-nə cavab verilib, 39.0%-nə cavab verilməyib. Daha detallı qeyd etsək, günün birinci yarısında 416 zəng cavablandırılıb, 266 zəng cavablandırılmayıb.
Stasionar nömrələr üzrə cavab verilmiş zənglərin 25.6%-nə və ya 346 zəngə ilk 10 saniyədə, 44.2%-nə və ya 597 zəngə 10 saniyə - 1 dəqiqə, 27.3%-nə və ya 369 zəngə 1 - 5 dəqiqə, 3.0%-nə və ya 40 zəngə 5 dəqiqədən çox müddət ərzində cavab verilib.
Təhlillər illər keçdikcə cavab verilmiş zənglər üzrə gözləmə müddətinin artdığını və ya ilk 10 saniyədə cavab verilmiş zənglərin sayının azaldığını göstərir. Belə ki, ümumilikdə stasionar nömrələrə cavab verilmiş zənglərin sayı artsa da, ötən dövrlərlə müqayisədə cari ildə ilk 10 saniyədə cavab verilmiş zənglərin sayında ciddi azalma qeydə alınıb.
♦ Qaynar xətlər üzrə ümumi zəng göstəriciləri
Dövlət orqanlarının (qurumlarının) qaynar xətlərinə cari ildə edilmiş ümumi zənglərin mütləq əksəriyyəti, yəni 94.7%-i (1416 zəng) cavablandırılıb, 5.3%-i (80 zəng) cavablandırılmayıb. Aparılan təhlillər qaynar xətlər üzrə müxtəlif dövrlərdə müsbət tendensiyanı müşahidə etməyə imkan verir.
Qaynar xətlər üzrə zənglərə günün müxtəlif saatlarında cavab vermə göstəricilərinə gəlincə, günün ikinci yarısı ilə müqayisədə günün birinci yarısında cavab verilmiş zənglərin sayında nisbi artım qeydə alınıb.
▪ Günün birinci yarısında qaynar xətlər üzrə zənglərin 96.0%-i və ya 718 zəng cavablandırılıb, 4.0%-i və ya 30 zəng cavablandırılmayıb.
▪ Günün ikinci yarısında qaynar xətlərə edilən zənglərin 93.3%-i və ya 698 zəng cavablandırılıb, 6.7%-i və ya 50 zəng cavablandırılmayıb.
Qaynar xətlər üzrə zənglərin 43.0%-nə və ya 643 zəngə 10 saniyə, 37.6%-nə və ya 562 zəngə 10 saniyə - 1 dəqiqə, 12.6%-nə və ya 189 zəngə 1 - 5 dəqiqə, 6.8%-nə və ya 102 zəngə 5 dəqiqədən çox müddətdə cavab verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see696

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see167

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see133

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see122

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see120

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see120

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see120

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see120

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see119

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see118

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see118

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see117

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see117

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see117

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see117

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see117

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see116

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see116

Qvardioladan Barselona açıqlaması

28 İyul 2025 14:47see113

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri