Dövlət Qulluğu Məcəlləsində nələr dəyişir?
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Dövlət Qulluğu Məcəlləsi dövlət qulluğu sahəsində yaranan münasibətlərin tənzimlənməsində sütun rolunu oynayacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Əli Hüseynli parlamentin 30 sentyabr tarixli iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Ə.Hüseynli bildirib ki, 2000-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanuna ötən dövrdə 100-dən çox əlavə və dəyişiklik edilib. Bununla yanaşı, dövlət qulluğunu tənzimləyən bir sıra qanunlar, 20-dən çox Prezident fərmanı və Nazirlər Kabinetinin qərarları mövcuddur.
Onun sözlərinə görə, bu normativ hüquqi aktların çoxluğu dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilərək məcəllələşdirilməsini zəruri edib.
Deputat qeyd edib ki, Məcəllə layihəsi 5 bölmə, 15 fəsil və 94 maddədən ibarətdir. Sənəddə dövlət qulluğunun idarə edilməsi, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatı, dövlət qulluqçularının hüquq və vəzifələri, rotasiya, həvəsləndirmə və məsuliyyət məsələləri tənzimlənir.
O vurğulayıb ki, dövlət qulluqçularının etik davranış qaydaları da vahid hüquqi çərçivəyə daxil ediləcək.
Ə.Hüseynlinin sözlərinə görə, yeni Məcəllənin qəbulu ilə “Dövlət qulluğu haqqında” qanun, Dövlət qulluğunu idarəetmə Şurası haqqında Əsasnamə, dövlət qulluqçularının etik davranış Kodeksi və bir sıra digər normativ hüquqi aktlar ləğv ediləcək. Çünki həmin məsələlər yeni Məcəllədə öz əksini tapacaq:
“Məcəllənin keçid müddəaları dövlət qulluqçularının hüquqlarının qorunmasına xidmət edir. Qüvvəyə minənədək əldə edilmiş və etibarlılıq müddəti başa çatmamış dövlət qulluğu sertifikatları həmin müddət ərzində qüvvədə qalacaq.
Yeni Məcəllənin qəbulu dövlət qulluqçuları üçün bu mərhələdə heç bir narahatlıq yaratmayacaq”, - deyə Ə.Hüseynli bildirib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 30 Sentyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















