Dövlət qulluqçularına smartfondan istifadəni qadağan etdilər
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Taliban” lideri Hibətullah Axundzadə qruplaşmanın üzvlərinə və dövlət qulluqçularına smartfonlardan istifadəni qadağan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Afghanistan International” telekanalı məlumat yayıb.
Qadağanı pozanların hərbi məhkəmə qarşısına çıxarılacağı bildirilir. Bununla belə, onlara qarşı hansı cəzanın tətbiq edilə biləcəyi açıqlanmır. Hərbi məhkəmələrin əməkdaşlarına həmçinin dövlət qulluqçuları arasında smartfonlara qadağanın icrasına nəzarəti təmin etmək tapşırılıb. Bunun üçün nəzarət edilməli olan bütün şəxslərin adları, vəzifələri, xidmət yerləri, eləcə də mobil operatorları haqqında məlumatlar və telefon nömrələri daxil olan siyahı hazırlanıb.
Nəşrin iddiasına görə, bundan bir neçə gün əvvəl Əfqanıstanın məktəb və mədrəsələrində smartfonlardan istifadə qadağan edilib. Ali təhsil naziri smartfonları “müsəlmanların üç əsas düşmənindən biri” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 09 İyun 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















