Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ginnesin Rekordlar Kitabı”na dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi düşən “Peel P50” hərraca çıxarılır.
“Qafqazinfo” xəbər verir ki, Böyük Britaniyanın Uorvikşir şəhərindəki “Iconic Auctioneers” hərrac evi tərəfindən satılacaq 1964-cü il istehsalı üçtəkərli mikromodel üçün 40-60 min funt-sterlinq arasında qiymət proqnozlaşdırılır.
Cəmi 137 santimetr uzunluğunda və 106 santimetr enində olan zeytun yaşılı avtomobil cəmi bir nəfər və bir alış-veriş çantası üçün nəzərdə tutulub. Avtomobilin arxa ötürücü pilləsi olmadığı üçün sürücü geriyə hərəkət etmək məqsədilə arxadakı xüsusi tutacaqdan tutaraq nəqliyyat vasitəsini əl ilə qaldırıb çevirməlidir. Şəhər içi istifadə üçün dizayn edilən bu mikromodel 49 sm³ həcmində mühərriklə təchiz olunub və maksimum 64 km/saat sürət yığır.
1962-1965-ci illər arasında cəmi 50 ədəd istehsal olunan “Peel P50” modelindən günümüzə 30-dan az nümunə çatıb. 1964-cü ildə 199 funt-sterlinqə (hazırkı alıcılıq qabiliyyəti ilə təxminən 3635 funt) satılan bu nəqliyyat vasitəsi nadirliyinə görə dövrün bir çox klassik Britaniya idman avtomobillərindən daha baha qiymətləndirilir. Hərraca çıxarılacaq nümunə 1964-cü ildən bu ilin əvvəlinə qədər Finlandiyada orijinal vəziyyətdə saxlanılıb. Satış 14 noyabr tarixində baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Noyabr 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















