Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Dövlət qulluqçusu işləyə bilərdi, amma müəllimliyi seçdi MİQ də 95 bal toplayan gənc

Dövlət qulluqçusu işləyə bilərdi, amma müəllimliyi seçdi MİQ də 95 bal toplayan gənc

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvanda 2026-2027-ci tədris ili üçün ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin üçüncü günündə Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə sənəd verən 259 namizəd iştirak edib. 
Onlardan tarix fənni üzrə isə ən yüksən nəticəni 95 balla Səbinə Alırzayeva göstərib.
Redaktor.az xəbər verir ki, “Azərbaycan müəllimi” namizədlə həmsöhbət olub.
Səbinə Alırzayeva 2020-ci ildə NDU-nun “Tarix müəllimliyi” ixtisasını bitirib. 2022-ci ildə ilk dəfə MİQ-də iştirak edib, maksimum 60 baldan 50 bal toplayaraq Ordubad rayonunun Vələver kənd tam orta məktəbinə təyinat alıb. Bu il sertifikasiya imtahanında isə  56 bal toplayıb. Səbinə MİQ-ə hazırlaşarkən o qədər də çətinlik çəkmədiyini deyir: “Sadəcə MİQ-də imtahan suallarının düşündürücü və təhlil tələb etdiyini bildiyim üçün daha çox test üzərində işləyirdim. Mən hər zaman imtahan verəndə qarşıma yüksək nəticə əldə etməyi qoymuşam və buna da nail olmuşam. Ona görə də imtahan mənim üçün çox rahat keçdi, heç bir həyəcanım yox idi. İmtahan verəcək müəllimlərə də tövsiyə edirəm ki, rahat, sərbəst olsunlar və özlərinə güvənsinlər. Çünki insanın imtahan prosesində ən böyük düşməni həyəcanıdır. Bu zaman yaxşı bildiyiniz sualı da səhv yazmaq ehtimalı olur”. 
Özü Babək rayonunun Şıxmahmud kəndindən olsa da, müəllim işləmək arzusu onu Vələver kəndinə aparıb. Orda kirayədə yaşayan gənc müəllim, hazırda Naxçıvan şəhərində işləmək istəyir. Deyir ki, hələ seçimini tam dəqiqləşdirməsə də, ən böyük istəyi Naxçıvan Qızlar Liseyində tarix müəllimi kimi fəaliyyət göstərməkdir.
Əslində dövlət qulluqçusu işləmək imkanı olsa da, müəllimlik peşəsi onun üçün həm də həyat seçimidir. Çünki bu sahədə çalışdıqca, peşəsinin onu inkişaf etdirdiyini görüb: “Müəllimliyi ona görə seçdim ki, uşaqlara nəsə öyrətdiyim zaman onların gözlərində gördüyüm maraq və parıltı məni bu peşəyə daha da bağlayır. Düşünürəm ki, yenidən dünyaya gəlsəydim, yenə də müəllimliyi seçərdim. İnsanın nə qədər problemi olsa da, sinfə daxil olanda sanki bütün o çətinliklər unudulur. Həqiqətən də müəllim olmaq çox böyük məsuliyyətdir. Axı biz gələcəyin nazirini, prokurorunu, vəkilini, həkimini, mühəndisini və digər peşə sahiblərini yetişdirən insanlarıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyul 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri