Dövlət qurumlarının informasiya sistemlərinə 49 kiberhücum aşkarlandı
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb.
Bakıvaxtı.az XRİTDX-ə istinadən xəbər verir ki, bu kibertəhdidlərin 41-i daxili araşdırma, 9-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.
Bildirilib ki, bundan əlavə 2025-ci ilin noyabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 20 932 797 zərərli keçid, şəbəkə təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 4 505 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanmıb.
Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 300 412 sayda zərərli fəaliyyətin qarşısı alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Dekabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















