Dövlət Vergi Xidmətinin əməkdaşları arasında keçirilən minifutbol turniri başa çatıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) təşkilatçılığı ilə müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr edilmiş minifutbol turniri başa çatıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları təqdim edilib. Bununla yanaşı, turnirdə müxtəlif kateqoriyalar üzrə fərqlənən oyunçular da təltif olunublar.
Turnirin bağlanış mərasimində DVX-nin rəis müavini Emil Qarayev və İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev iştirak ediblər. Tədbirdə çıxış edən Emil Qarayev bildirib ki, bu yarış yalnız idman tədbiri deyil, həm də sağlam həyat tərzini təşviq etmək və komanda ruhunu gücləndirmək məqsədi daşıyan vacib təşəbbüsdür.
Qeyd olunub ki, təqribən bir ay davam edən turnirdə DVX-nin aparatına və strukturuna daxil olan qurumların 18 komandası iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 May 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















