Dövlət qurumu 136 min manatlıq avtomobil alır
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi hibrid mühərrikli avtomobilin satın alınması ilə bağlı işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, keçirilən müsabiqənin qalibi “Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. Tərəflər arasında imzalanacaq müqaviləyə əsasən, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi hibrid mühərrikli nəqliyyat vasitəsinin alınması üçün qalib şirkətə ümumilikdə 136 600,01 manat ödəniş edəcək.
Qeyd edək ki, “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru olan “Auto Azərbaycan” MMC 1996-cı ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Emil İsmayılovdur. Nizamnamə kapitalı 15 milyon 352 min 742 dollar təşkil edən bu şirkət Türkiyədə yaşayan İran əsilli Eromi ailəsinin təsis etdiyi “NAB Holdinq” şirkətlər qrupuna daxildir. Holdinqin tərkibinə “Bank of Baku”, “Baku Electronics” və “Baku Service Company” kimi tanınmış qurumlar da aiddir. İnternetdən sifariş
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 16 Noyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















