Icma.az
close
up
RU
Dövlət qurumu MTK dan qanunsuz sənəd tələb edir?

Dövlət qurumu MTK dan qanunsuz sənəd tələb edir?

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Binəqədi şossesi 111 ünvanında yerləşən “Azadlıq City” yaşayış kompleksinin sakinləri yaşadıqları mənzilin çıxarışını ala bilmirlər. Binanın tikintisini həyata keçirən MTK-nın rəhbəri Nazim Həsənov isə sakinlərə səbəb olaraq problemin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlandığını deyir.

Metbuat.az Demokrat.az-a istinadən xəbər verir ki, Komitə sənədlərin qaydasında olmadığı əsasını gətirib. Sayt bununla bağlı bir həftədir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə informasiya sorğu göndərsə də, qurum məsələyə rəsmi cavab vermək istəmir.

Əgər həqiqətən binanı tikən MTK-nın sənədlərində çatışmazlıq varsa, Komitə niyə mövzuya reaksiya verməkdən yayınır? Niyə məsələyə aydınlıq gətirmək istəmir?

Sakinlərlə söhbətdə isə bir çox maraqlı məqamlar üzə çıxıb. Onlar deyiblər ki, Komitə “hörmət” qarşılığında binanın altında tikilən obyektlərə göz yumur. Həmçinin, binanın yanında MTK rəhbərinə məxsus “moyka” da tikilib. Əgər binanın sənədlərində problem varsa, necə olur ki, o binanın altında obyektlər tikilməsinə icazə verilir?

MTK rəhbəri Nazim Həsənovun redaksiyaya yvə sakinlərə dediyinə görə, Komitə ondan Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativlər İdarəsindən arayış almasını istəyib. Halbuki, qanunda belə bir arayış yoxdur, ümumiyyətlə, Kooperativlər İdarəsinin bu mövzuda heç bir funksiya və səlahiyyəti yoxdur. Məgər Komitə bunu bilmirmi?

Belə çıxır ki, Komitə sadəcə bəhanələrlə MTK rəhbərini “dağa-daşa salaraq” onun çıxarış üçün rüşvət verməyə vadar olmasını istəyib? İndiki durumda ən məntiqli izah elə budur...

Hər halda, MTK və dövlət qurumunun bu qeyri-müəyyən davranışlarından zərər görən – illərdir çıxarışsız qalan – sakinlərdir.

Ümid edirik ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bundan sonra məsələyə rəsmi münasibət bildirəcək və problem öz həllini tapacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri