Dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndiriləcək
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndiriləcək.
Milli Məclisin bugünkü plenar iclasında "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, layihəyə əsasən, dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndiriləcək.
Qeyd edilib ki, qanunlara əlavə edilən yeni maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.
Bildirilib ki, həmin xidmətlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi ilə bağlıdır.
Buraya aiddir:
- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;
- torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;
- əmlak üzərində hüquqların məhdudlaşdırılmasına daşınmaz (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi,
- ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















