Azərbaycan və Türkiyə gəmiləri toqquşdu YENİLƏNDİ
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
141 metr uzunluğundakı "Kəlbəcər" və 115 metr uzunluğundakı "Alatepe" tankerləri Küçükçekmece Dəmiryolu Sahəsi yaxınlığında toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, gəmilərin sahilə yaxın olması səbəbindən nazirliyə bağlı Sahil Mühafizə Xidmətinin Baş İdarəsinin xilasedici qrupu dərhal hadisə yerinə göndərilib.
Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.
Hadisənin fırtına səbəbindən baş verdiyi vurğulanıb.
***
13:30
İstanbulda Bakırköy Florya sahillərində üzən Azərbaycan və Türkiyə bayraqlı iki tankerdən fövqəladə vəziyyət çağırışı daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd edilib ki, hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları göndərilib.
Hazırda fövqəladə vəziyyət çağırışının səbəbi məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 30 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















