Icma.az
close
up
RU
Dövlət siyasətinin prioritet istiqamətləri

Dövlət siyasətinin prioritet istiqamətləri

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Cənab İlham Əliyev hələ 1990-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib, Milli Olimpiya Komitəsinin Prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycan idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dövlət başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb.Məlumdur ki, Azərbaycanda çoxsaylı idman növləri üzrə ən müasir standartlara cavab verən infrastruktur qurulub. Ayrı-ayrı regionlarımızda olimpiya-idman kompleksləri tikilib. Prezident İlham Əliyevin hər dəfə beynəlxalq yarışlarda iştirak etmiş idmançıları qəbul etməsi, onlarla səmimi söhbətlər aparması, eləcə də bəzi idman federasiyalarına maliyyə yardımının edilməsi haqqında sərəncamlar imzalaması da dövlət başçısının idmana və idmançılara olan qayğısını nümayiş etdirir.

Ölkəmiz indiyədək I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də inkişafa stimul verir. Bu amil turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.
Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, bu il Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı. Təsadüfi deyil ki, bu il beynəlxalq yarışlarda idmançılarımız 1700-ə yaxın medal qazanıb. Bu, indiyədək ən yüksək göstəricisidr.
Ümumiyyətlə, peşəkar idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi çox önəmlidir. Bir halda ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsini təşkil edir, idman gənc nəslin sağlam mühitdə yetişməsi baxımından da çox vacibdir. Gənclərin zərərli vərdişlərdən, mənfi çevrələrdən qorunması, onların asudə vaxtlarının səmərəli təşkili bu gün qlobal dünyamızda aktual problemdir. Azərbaycanda idmanın prioritet hesab edilməsində bu amilin böyük rolu var. İdman həmçinin gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynayır. İdmançılarımızın qələbələri, bunun insanlarımızda yaratdığı mənəvi ruh cəmiyyətdə milli birliyi daha da gücləndirir.
Tarixi qələbəmizlə tamamlanan 44 günlük Vətən müharibəsi gedişində Azərbaycan gənclərinin necə böyük ruhla, əzmlə cəbhəyə can atdıqlarına hər birimiz şahidlik etdik. Gənclər könüllü şəkildə cəbhəyə yazılır, döyüşlərə təcili göndərilmək istəyirdilər. Azərbaycan gənci hərbi əməliyyatlar zamanı dağlıq şəraitində günlərlə piyada yol gedir, yanındakı döyüş yoldaşı yaralananda belə onu çiyinlərində daşıyaraq yenə döyüşlərə davam edirdi. Belə bir fiziki hazırlıq idmana olan maraqdan, onun daimi həyat tərzinə çevrilməsindən irəli gəlir. Prezident İlham Əliyev mərasimdə bildirib: “Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir”.
Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var. Torpaqlarımızı işğaldan dövlət rəhbərimiz İlham Əliyevin yetişdirdiyi Azərbaycan gəncliyi azad etdi. Bu ilin idman yekunlarına həsr olunan mərasim bir daha təsdiqlədi ki, hazırda ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 44 müasir Olimpiya İdman Kompleksləri fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş Planında öz əksini tapır. Bu diqqət, qayğı da bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır.
İnanırıq ki, Azərbaycan növbəti il MDB Oyunlarına da yüksək səviyyədə ev sahibliyi etməklə dünyada nüfuzlu idman ölkəsi olduğunu bir daha təsdiqləyəcək.

Elçin Quliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri