Icma.az
close
up
RU
Dövlət Suverenliyi Günü: “Ərazi bütövlüyümüz tam təmin olunub”

Dövlət Suverenliyi Günü: “Ərazi bütövlüyümüz tam təmin olunub”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır.

Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir.

Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib.

Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.

Millət vəkili Şahin Seyidzadə “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Respublikasının dövlətçilik salnaməsində hər bir tarixi gün özünəməxsus dəyərə malikdir:

“Lakin bəzi günlər var ki, onlar yalnız müəyyən hadisəni deyil, bütöv bir dövrü, xalqın taleyini və milli iradəsini ifadə edir. Məhz sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü də belə əlamətdar tarixlərdən biridir. Bu gün Azərbaycan xalqının əsrlər boyu davam edən mübarizəsinin, müstəqillik uğrunda göstərdiyi əzmin, dövlətçilik iradəsinin təntənəsi kimi tarixə həkk olunub.

Dövlət suverenliyi xalqın öz taleyinə sahib çıxmaq, daxili və xarici siyasətdə müstəqil olmaq, beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış etmək imkanlarını təmin edən ali dəyərdir. Azərbaycan tarixində müstəqillik arzusu hər zaman güclü olub.

Qədim dövrlərdən müasir dövrədək xalqımız müxtəlif imperiyaların hökmranlığına məruz qalsa da, milli varlığını, dilini, mədəniyyətini və dövlətçilik ənənələrini qoruyub saxlayıb. 

XX əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ilk müstəqil dövlət quruculuğu təcrübəsi olub. Lakin həmin dövrdə xarici təsirlər və mürəkkəb siyasi şərait səbəbindən müstəqilliyi uzun müddət qorumaq mümkün olmayıb.

1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olundu. Bu, xalqımızın tarixi arzularının reallaşması idi. Lakin müstəqillik elan olunduğu ilk illərdə ölkə ciddi təhlükələrlə üzləşdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi böhranlar, iqtisadi çətinliklər dövlətin varlığını təhdid edirdi. 

Belə mürəkkəb dövrdə xalqın milli birliyi və müstəqillik arzusu Azərbaycanın dövlətçilik yolunu qoruyub saxlamağa imkan verdi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması idi. Ermənistanın təcavüzkar siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törədildi. 30 ilə yaxın davam edən danışıqlar prosesi nəticəsiz qaldı.

Ermənistan rəhbərliyi sülhə yanaşmadı, əksinə, təxribatları davam etdirdi. Bu isə Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməsini zəruri etdi”.

Onun sözlərinə görə, 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın haqlı mövqeyinin təsdiqi oldu:

“Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi, işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi. Nəticədə, Azərbaycan BMT-nin qətnamələrini özü icra etdi, beynəlxalq hüququn aliliyini təmin etdi.

Bu qələbə yalnız hərbi-siyasi uğur deyildi, həm də Azərbaycan dövlətçiliyinin və xalqın milli iradəsinin gücünün nümayişi idi. 44 günlük müharibə nəticəsində əldə olunan Zəfər dövlət suverenliyinin bərpası yolunda dönüş nöqtəsi oldu.

Lakin Qarabağda fəaliyyət göstərən separatçı rejim sülh prosesini davamlı olaraq pozur, bölgədə qeyri-qanuni hərbi birləşmələr saxlayırdı. Bu vəziyyət Azərbaycanın suverenliyinə təhdid idi. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirləri həyata keçirdi.

Cəmi 23 saat ərzində separatçı qüvvələr tərksilah edildi, qanunsuz qurum özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın suverenliyi bütün ərazilərdə tam bərpa olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu əməliyyat beynəlxalq hüquqa, dövlətin daxili qanunvericiliyinə və suveren hüquqlarına tam uyğun idi.

Bu hadisə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ açdı. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr - Dövlət Suverenliyi Günü elan edildi. Bu qərar yalnız tarixi hadisələrin rəsmiləşdirilməsi deyil, həm də gələcək nəsillərə dövlətçilik iradəsinin əhəmiyyətini aşılayan mühüm addımdır.

Bundan başqa, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin milli kimliyinin, hüquqi-siyasi dayaqlarının möhkəmləndirilməsi istiqamətində xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan suveren dövlət kimi dünya birliyində layiqli mövqe tutur.

Ərazi bütövlüyümüz tam təmin olunub, sərhədlərimiz üzərində tam nəzarət bərpa olunub. Bu, ölkəmizin iqtisadi inkişafına, regional və beynəlxalq əməkdaşlıqda mövqelərinin güclənməsinə, xalqımızın rifahına geniş imkanlar açır.

Azərbaycan xalqı bu nailiyyətləri qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin müqəddəs qanı bahasına əldə edib. Dövlət suverenliyi xalqımızın ən böyük sərvəti, milli dövlətçiliyimizin təminatıdır. 20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın milli tarixində yeni bir mərhələni ifadə edir.

Bu gün dövlətimizin tam müstəqilliyini, xalqımızın iradəsini, beynəlxalq hüququn üstünlüyünü təsdiq edir. Azərbaycan xalqı bu günlə qürur duyur, gələcəyə inamla baxır və dövlət suverenliyini daim qoruyacağına əmindir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Dövlət Suverenliyi Günü Şahin Seyidzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see364

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see249

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri