Icma.az
close
up
RU
Dövlət Turizm Agentliyi ətrafında nə baş verir: Prezident agentliyin rəhbərinə töhmət verdiyi gün DTX əməliyyat keçirib

Dövlət Turizm Agentliyi ətrafında nə baş verir: Prezident agentliyin rəhbərinə töhmət verdiyi gün DTX əməliyyat keçirib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bir həftə əvvəl rəhbərinə Prezident İlham Əliyev tərəfindən töhmət verilən Dövlət Turizm Agentliyi ətrafında qalmaqallı hadisələr davam edir. Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DTX-da onunla bağlı istintaq aparılır. Nicat Hüseynov Səbail Rayon Məhkəməsinə çıxarılaraq, onun haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilib.

Nicat Hüseynov xidməti fəaliyyətilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Martın 4-də Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilməsi barədə sərəncam imzalayıb. Bizimyol.info-nun əldə etdiyi məlumata görə, Nicat Hüseynov da DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin gün şübhəli şəxs qismində saxlanılıb.

Fuad Nağıyevə töhmət verilməsindən başqa, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov da tutduqları vəzifələrdən uzaqlaşdırılıb.

Bir neçə gündür ki, müxtəlif saytlarda Dövlət Turizm Agentliyində xidməti məlumatların, yazışmaların qəsdən sızdırılması ilə bağlı iddialar səsləndirilir. Məlumata görə, Agentliyin rəhbər şəxsləri və əməkdaşları bununla əlaqədar başlanan istintaqa cəlb edilərək dindirilir.

O da məlum olub ki, “Transparency İnternational” təşkilatının Azərbaycan bölməsi qismində çıxış edən “Şəffaflıq Azərbaycan”a rəhbərlik etmiş Rəna Səfərəliyeva Fuad Nağıyevin qayınanasıdır. Fuad Nağıyev “Transparency İnternational”la əməkdaşlıq edən bir çox şəxsləri rəhbərlik etdiyi Dövlət Turizm Agentliyində işlə təmin etməkdə, onlara səlahiyyətlər verməkdə ittiham olunur.

“Transparency İnternational” - Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi statusuna malik “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Ümumi Yığıncağı bu günlərdə - Fuad Nağıyevlə bağlı qalmaqaldan sonra ictimai birliyin ləğvi haqqında qərar qəbul edib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri