Dövlət Turizm Agentliyinin rəsmisi: Gəlin A dan Z tə məhsulları istifadə edək, təbiətə atqı buraxmayaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəki, 11 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dünyanın aparıcı, dayanıqlı qida təşkilatı olan “Slow Food”la birgə qastronomiya festivalının Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Şəki ölkəmizin şimal-qərb turizm marşrutunun paytaxtıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Qastronomiya şöbəsinin rəhbəri Səkinə Əsgərova Şəkidə keçirilən “Terra Madre” qastronomiya festivalında jurnalistlərə müsahibəsində deyib.
“Slow Food”un nə demək olduğunu açıqlayan Agentliyin nümayəndəsi bildirib ki, stendlərdə görünən qırmızı ilbiz işarəsi təmiz, dadlı və ədalətli qidanın tərənnümüdür. “Biz bu gün 30 stendimizlə, 51 fermerimizlə dünyaya, regiona mesaj vermək istəyirik ki, gəlin A-dan Z-tə məhsulları istifadə edək, təbiətə atqı buraxmayaq, tarladan masaya gələn qidanın səyahətində bütün prosedurları dayanıqlı istehsala yönəldək”,- deyə Səkinə Əsgərova vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 11 Oktyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















