Icma.az
close
up
RU
Dövlət Vergi Xidməti növbəti Yay Təcrübə Proqramına qəbul elan edib

Dövlət Vergi Xidməti növbəti Yay Təcrübə Proqramına qəbul elan edib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) bilik və bacarıqların artırılmasına və şəxsi inkişafa dəstək vermək məqsədilə ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca dördüncü “Yay Təcrübə Proqramı”na qəbul elan edib.

Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, proqramda iştirak etmək istəyən tələbələr bu il aprel ayının 14-dən mayın 14-dək DVX-yə müraciət etməklə seçim turlarında iştirak edə bilərlər.

Məlumata əsasən, “Yay Təcrübə Proqramı”nın seçim turu 3 mərhələdən ibarət olacaq. 1-ci mərhələ sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması, 2-ci mərhələ namizədlərin təqdimat videoçıxışlarının dəyərləndirilməsi, 3-cü mərhələ isə namizədlərin qrup tapşırıqları üzrə qiymətləndirilməsi ilə bağlıdır.

“Yay Təcrübə Proqramı” bu il iyul ayının 7-dən sentyabr ayının 5-dək davam edəcək. Hər üç seçim mərhələsindən uğurla keçən tələbələr 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsində iştirak hüququ qazanacaqlar. Tədris Mərkəzində iştirakçılara peşəkar təlimçilər tərəfindən vergi inzibatçılığı və digər mövzularda təlimlər keçiriləcək, onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin mərkəzin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq. Daha sonra tələbələr DVX-nin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində praktiki təcrübə keçəcəklər.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan əsas tələblər aşağıdakılardır:

Azərbaycan Respublikasının vətəndaşı olmalı; yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq və ya idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı; cari tədris ilinin payız semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.

Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 2025-ci il 14 aprel saat 09:00-dan 14 may saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən mövzu hissəsində “Yay Təcrübə Proqramı 2025” qeyd edilməsi ilə yanaşı, şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır. Müraciətlərin göndərilməsi zamanı hər hansı texniki problem yarandıqda namizədlər 012-403-81-35 nömrəli telefonla Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər.

Ətraflı məlumat üçün linkə keçid: https://www.taxes.gov.az/az/post/3997

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri