Icma.az
close
up
RU
Dövlət Vergi Xidmətində ötən il 637 cinayət işi başlanıb

Dövlət Vergi Xidmətində ötən il 637 cinayət işi başlanıb

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergidən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qərəzli olaraq icra edilməməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və yalançı sahibkarlıq faktları üzrə cəmi 637 cinayət işi başlanıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə 86 cinayət işinin icraatına xitam verilib, 88 nəfər barəsində 78 cinayət işi ittiham aktı tərtib edilərək Baş Prokurorluğa göndərilib. Cinayət işləri üzrə şübhəli şəxs qismində tutulmuş 19 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış və bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edilmiş məlumatlar üzrə 14,9 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib.

Hesabat dövründə istintaq olunan cinayət işləri üzrə ümumilikdə 32,5 milyon manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin edilib.

2024-cü ildə müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 120 vergi ödəyicisində 159 vergi nəzarəti tədbiri həyata keçirilib, vergi ödəyicilərinə ümumilikdə 1,2 milyon manat maliyyə sanksiyası tətbiq edilib. Həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 240 nəfər işçinin əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar olunaraq müvafiq tədbirlər görülüb.

Hesabat dövründə vergi borcu üzrə vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,8 milyon manat vəsait ödətdirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Yanvar 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see380

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see371

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see317

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see249

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see240

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see225

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see211

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see208

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see207

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see198

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see197

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see196

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see192

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see189

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see189

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see186

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see182

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see180

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri