Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Dövlət xadiminin sənət hesabatı

Dövlət xadiminin sənət hesabatı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həsən Həsənov – 85

“Qürbətdən gələn məktublar”da Vətən sevgisi

Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli ictimai-siyasi, dövlət xadimi, tarixçi və dramaturq Həsən Həsənovun “Qürbətdən gələn məktublar” tamaşası sevimli soydaşımızın sənət hesabatı olaraq nümayiş olundu. Tamaşa görkəmli ictimai xadimin anadan olmasının 85 illiyinə həsr olunmuşdu. Tamaşadan əvvəl çıxış edən Milli Məclisin vitse-spikeri, akademik

Rafael Hüseynov Həsən Həsənovun həyat yolu, ictimai-siyasi fəaliyyəti haqqında geniş və müfəssəl çıxış etdi və Həsən Əziz oğlunun həm də “xalqın əziz oğlu” olduğunu vurğuladı.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Qürbət mövzusu bu əsərdə Azərbaycan maarifçilik hərəkatının öncülü, dramaturgiyamızın əsasını qoymuş Mirzə Fətəli Axundzadənin və oğlu Rəşidin həyatı fonunda təqdim edilir. Bu tarixi şəxsiyyətlərin həyatı hamımıza məlumdur. Bilirik ki, Mirzə Fətəlinin oğlu Rəşid bəy yol mühəndisi idi. Sankt-Peterburqda təhsil almışdı, Belçikaya oxumaq üçün getsə də, təhsilini yarımçıq qoyub Tiflisə qayıtmışdı, atasının məsləkinə uyğun olaraq Rusiya imperiyasının məmurlarından olmuşdu.

Rəşid bəy Brüsseldə təhsil aldığı dövrdə oradan mütəmadi olaraq atasına məktublar yazırdı. Həsən müəllim pyesi məhz bu məktublar əsasında qələmə alıb. Mən bu tamaşanı ideoloji dram janrı kimi qəbul etdim. Romantik məhəbbət Rəşidin milli düşüncəsi kontekstində konfliktə cəlb olunur. Əməkdar artist Elşən Cəbrayılov bu rolun öhdəsindən uğurla gəlir. Bundan əvvəl onu Qoqolun “Müfəttiş” tamaşasında Xlestakov rolunda görmüşdüm və bu gənc aktyorun oyun tərzinə heyran olmuşdum. Bilənlər bilir, məlumatı olmayanlara xatırladaq ki, Elşən unudulmaz aktyorumuz Şahin Cəbrayılovun oğludur.

Elşən Rəşidi coşqun temperamentlə, romantik teatr poetikasının estetik prinsipləri əsasında oynayırdı. O, öz əqidə, məslək mübarizəsində kifayət qədər qətiyyətli olmağına baxmayaraq, romantik duyğularını da gizlətmir. Aktyor obrazın ifası üçün seçdiyi romantik boyaları realist ifadə vasitələri ilə sintezdə təqdim edir.

Aktyor ansamblında hər ifaçı öz rolundakı ideya yükünü və məqsədi düzgün icra etməklə tamaşanın bədii konsepsiyasına və rejissorun ali məqsədinə yaradıcılıqla bütövlük verməyə səylə çalışırdı. Tamaşada psixoloji dramatizm qabarıq verilmişdi. Müəyyən fərqli aktyorluq üslublarına rəğmən ifaçıların hamısı obrazları daxili ehtirasla, dinamik coşqunluqla, emosional dramatizmlə oynayırdı.

Atalar və oğullar problemi Mirzə Fətəli ilə oğlundan da yan keçməyib. Lakin bu konflikt dərinləşməyib. Rəşid bəy atasının maarifçilik missiyasını dərindən dərk edirdi və təbii olaraq gənclikdən doğan radikalizmlə bəzən atasının fikrləriylə razılaşmırdı. Həzrət Əlinin məşhur bir deyimi var: “Uşaqlar valideynlərindən daha çox öz zəmanələrinə bənzəyirlər”. Rəşid bəy də öz zəmanəsinin övladı idi. Bu zaman isə olduqca ziddiyyətli idi və onun da qismətinə belə bir mürəkkəb dövr düşmüşdü.

Rəşid bəyin xaricə oxumağa getməsi səhnəsi yadımıza Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyasında Şahbaz bəyin Parisə oxumağa getməsilə bağlı situasiyanı salır. Tubu xanım (Xalq artisti Laləzar Mustafayeva) oğlunun xaricə getməsini istəmir. Onun burada Firəngiz (Əməkdar artist Vəfa Zeynalova adlı sevgilisi var, onlar bir-birlərini sevirlər. Lakin Mirzə Fətəli (Xalq artisti Əli Nur) oğlunun elm dalınca getmək istəyini təmkinlə qarşılayır.

Rəşid Brüsseldə Fransuaza adlı qızla tanış olur və aralarında eşq münasibətləri yaranır. Rəşid vətəndə qoyub gəldiyi Firəngizi də unuda bilmir. Onun mənəvi tərəddüdləri, daxili çırpıntıları Elşən Cəbrayılovun ifasında son dərəcə təbii idi.

Patrik obrazını yaradan istedadlı aktyor Elçin Əfəndi də özünəməxsus oyun plastikası nümayiş etdirir. O, tamaşadan əvvəl ayağını zədələmişdi, yeriməkdə çətinlik çəkirdi. Düşünürdük ki, bəs səhnədə necə gəzəcək? Tamaşa boyu onun ayağının zədəli olması zərrə qədər hiss olunmadı. Səhnənin cazibə qüvvəsi öz sözünü demişdi.

Xalq artisti Əli Nurun ifasında Mirzə Fətəli Axundzadəni ailə daxilində görürük. Lakin aktyor böyük dramaturqun millətin gələcək taleyi ilə bağlı narahatlığını, iztirab və intizarını mimikalarıyla, səhnə mizanlarıyla son dərəcə ustalıqla göstərə bilir, pauzadan, gərgin sükutdan yerində, məqamında istifadə edir. Əli Nur səhnədə sükutun da haqqını verir, o sükutu mənalandırır. Şübhəsiz, Əli Nur geniş diapazonlu aktyordur və bu tamaşada da Mirzə Fətəlinin yaşantılarını öz içindən keçirərək, özününküləşdirərək tamaşaçıya təqdim edir. Böyük dramaturqun son nəfəsində oğluna dedikləri də tamaşaçını son dərəcə mütəəssir edir: “Mən islama deyil, cəhalətə, xurafata qarşı mübarizə aparmışam, oğul”.

Ömrünü xalqın maariflənməsinə həsr etmiş Mirzə Fətəlinin gələcəklə bağlı narahatlıqları aktyor ifasında son dərəcə təbii boyalarla canlandırılır.

Mirzə Fətəlinin xalqın taleyində oynadığı rol bu tamaşada öz bədii əksini tapır. Kəlağayı isə tamaşada son dərəcə uğurlu tapıntıdır və milli element olaraq Rəşid bəyin nə qədər vətənə, milli gələnəklərə bağlı olduğunu simvolizə edir. Kəlayağı şərqlə qərb arasındakı vacib elementdir, dramaturq bu faktordan ustalıqla istifadə edərək Rəşid bəyin milli duyğularını önə çəkir.

Rejissor Axundzadənin xurafatla mübarizəsinin məqsəd aydınlığını aktyor ansamblının ümumi oyun prinsipində tam dolğunluğu ilə realizə edə bilib. İdeya qabartmaları Nəcəfin, Rəşidin, Axundzadənin replikalarında özünü büruzə verir. Nəticədə, dərin məna yükü daşıyan forma-kompozisiya alınıb.

Qürbət arxetipi Mirzə Fətəlinin və Rəşid bəyin xarakterini açmaq, tamaşanın mahiyyətini anlamaq baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır.

Bir sözlə, “Qürbətdən gələn məktublar” Azərbaycan Milli teatrının ən yaddaqalan tarixi tamaşalarından biridir.

Kənan HACI,
yazıçı-dramaturq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri