Barselona Yamala görə dəstək aksiyasından imtina etdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Barselona"futbol klubunun rəhbərliyi İspaniya La Liqasının 6-cı turunda "Rasinq Santander" klubu ilə matçdan (7:2) əvvəl Seuta sakinlərinə dəstək aksiyasında iştirak etməklə bağlı tərəddüd edib.
Oxu.Az bu barədə "Le360 Sport" nəşrinə istinadən xəbər verir.
Klub mərakeşəsilli 19 yaşlı hücumçu Lamin Yamalın Seutaya dəstək məqsədilə hazırlanan xüsusi formanı geyinmək niyyətində olmadığını öyrəndikdən sonra aksiyada iştirak etməmək barədə qəti qərar verib.
Mənbənin məlumatına görə, "Barselona" Yamalın sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalmasının və yeni qalmaqalın qarşısını almaq istəyib.
Qeyd edək ki, 2026-cı ilin iyul ayının sonunda Mərakeşdən olan təxminən 70-80 min miqrant qayıqlarla sərhədi keçərək kütləvi şəkildə Seutaya adlayıb ki, bu da İspaniyada son illərin ən böyük sərhəd böhranına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:278
Bu xəbər 18 Sentyabr 2026 02:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















