Trampın qərarından sonra CNN və digər media qurumlarını Ağ Evdən uzaqlaşdırıldı
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın qərarından sonra CNN, MS NOW və Politico media qurumlarının jurnalistlərinin Ağ Evə girişinə icazə verilməyib.
"Reuters" xəbər verir ki, şənbə günü Ağ Evə gələn jurnalistlərin mətbuat vəsiqələri geri alınıb. Media qurumları qərarın ABŞ Konstitusiyasının söz və mətbuat azadlığını təmin edən Birinci Düzəlişinə zidd olduğunu bildiriblər.
CNN bu addımı jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün konstitusion hüquqa qarşı “qanunsuz müdaxilə” adlandırıb. MS NOW və Politico isə Birinci Düzəlişlə təmin olunan hüquqlarını müdafiə edəcəklərini açıqlayıblar.
CNN və MS NOW Tramp administrasiyasının fəaliyyətini işıqlandırmaqda davam edəcəklərini bildiriblər. Politico da Ağ Evdə çalışan jurnalistlərini dəstəklədiyini açıqlayıb.
Tramp cümə günü sosial şəbəkədə CNN, MS NOW və Politico-nu “saxta xəbərlər” yaymaqda ittiham edib. O, digər media qurumlarının da analoji məhdudiyyətlərlə üzləşə biləcəyini bildirib.
ABŞ Prezidenti daha sonra “digər media” dedikdə “The New York Times” və “The Washington Post” qəzetlərini nəzərdə tutduğunu söyləyib. Bununla belə, həmin nəşrlərin Ağ Evə girişinin qadağan ediləcəyini konkret açıqlamayıb.
Agentlik yazır ki, “The New York Times” Trampın qərarını “konstitusiyaya zidd təhdid” kimi qiymətləndirib. “The Washington Post” isə Ağ Evə giriş imkanının konstitusion hüquq olduğunu bildirib və qərarı medianı susdurmağa yönəlmiş addım adlandırıb.
Tramp administrasiyası daha əvvəl də bəzi media qurumlarının Ağ Evə girişinə məhdudiyyət qoyub. Ötən il Associated Press agentliyi Meksika körfəzi ilə bağlı Trampın üstünlük verdiyi “Amerika körfəzi” adından istifadə etmədikdən sonra jurnalistlər qrupundan çıxarılmışdı.
Trampın ilk prezidentlik dövründə də Playboy jurnalının müxbiri Brayan Karem və CNN jurnalisti Cim Akostanın Ağ Ev akkreditasiyalarının ləğvi və ya dayandırılması ilə bağlı cəhdlər olmuşdu. Federal hakimlər onların mətbuat vəsiqələrinin bərpa edilməsinə qərar vermişdilər.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 Sentyabr 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















