Icma.az
close
up
RU
Dövlət Xidməti 11 aylıq fəaliyyətinin yekunlarını açıqlayıb

Dövlət Xidməti 11 aylıq fəaliyyətinin yekunlarını açıqlayıb

Icma.az, Report.az saytına istinadən bildirir.

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə 153 müraciətə baxıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

“Report” Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun 89-u təmin olunub.

Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 72 müraciətə baxılıb ki, bu da 1 il əvvələ nisbətən 3 dəfəyə qədər artım deməkdir. Baxılmış müraciətlərdən 40-ı təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı isə 52 olub və onlardan 32-si təmin edilib.

Ötən dövrdə Dövlət Xidməti haqsız rəqabət, bazar subyektinin mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönələn, bununla da rəqiblərinə zərər vura bilən hərəkətlərinin qarşısının alınması istiqamətində tənzimləyici tədbirlər həyata keçirib.

11 ay ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış müraciətlər üzrə illik müqayisədə 29,4 % artım qeydə alınıb. Belə ki, baxılmış 110 müraciətin 59-u təmin olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə təmin olunma səviyyəsində 44 % artım müşahidə edilib. Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində ümumilikdə 29 bazar subyekti tərəfindən reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.

Analoji dövrdə Dövlət Xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 149 müraciətə baxılıb, 106 qanunamüvafiq izahat verilib, 26 müraciət təmin olunub. Digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlər zamanı görülmüş tədbirlər nəticəsində 26 bazar subyekti tərəfindən neqativ hallar könüllü aradan qaldırılıb.

Hesabat dövründə müştərilər və biznes subyektlərinin qanuni mənafelərinə mənfi təsir göstərə bilən davranışlarının qarşısının alınması və aradan qaldırılması, şəffaf və rəqabətə əsaslanan münasibətlərin gücləndirilməsi istiqamətində Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri həyata keçirilib.

Analoji dövrdə təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış müraciətlər üzrə 36,5 % artım qeydə alınıb. Belə ki, baxılmış 1 275 müraciətin 354-ü təmin olunub. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə təmin olunmuş müraciətlərin sayı 63,1 % artıb. Bundan əlavə, sözügedən sahə üzrə 615 qanunamüvafiq izahat və tövsiyə verilib, 42-si baxılması üçün aidiyyəti orqana göndərilib, 126 halda rəy və təklif verilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 2 halda zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb, 1 halda müraciət işə alınıb, 132 müraciət üzrə isə araşdırmalar davam etdirilir. Vətəndaşlardan daxil olan müraciətlər kommunal, hava yolu nəqliyyatı, dəmir yolu nəqliyyatı, suvarma (meliorasiya və irriqasiya), poçt xidmətləri və digər sahələri əhatə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Dekabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see196

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see170

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see166

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see154

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see147

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri