Dövlət Xidməti 2 milyon vergi borcu olan şirkətlə 8,5 milyon manatlıq müqavilə imzalayıb
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 4 şirkət ilə Xocavənd rayonunda yerləşən fərdi yaşayış evlərinin təmiri ilə əlaqədar satınalma müqavilələri imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Xidmətin satınalma müqaviləsi bağladığı şirkətlərdən birinin – “Az-Caspian Construction” MMC-nin dövlət büdcəsinə 1 milyon 908 min 407 manat 14 qəpik vergi borcu var.
Qeyd edək ki, “Az-Caspian Construction” MMC Xocavənd rayonunun Xocavənd kəndində ümumi sahəsi 9 500 kv.m olan 50 ədəd, Quzeyxırman kəndində isə ümumi sahəsi 14 820 kv.m olan 78 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 8 milyon 509 min 549 manat 58 qəpik alacaq.
Nizamnamə kapitalı 20 manat olan “Az-Caspian Construction” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xəzər rayonu, Viktor Seryoqin küçəsi, ev 8B, mənzil 45-də yerləşən MMC-nin qanuni təmsilçisi İbadov Rəşad Əsəd oğludur.
Məlumat üçün onu da bildirək ki, vergi borcu olan şirkətlərin dövlət satınalmalarında təchizatçı kimi iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
Onu da qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu ilin əvvəlindən ötən dövr ərzində “Az-Caspian Construction” MMC ilə Xocavənd rayonunda fərdi yaşayış evlərinin təmiri ilə bağlı 4 satınalma müqaviləsi imzalayıb. Xidmət bu şirkətə ümumilikdə 21 milyon manatdan çox ödəniş edəcək.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovdur. O, daha əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. 2006–2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Tender saxtakarlığı: Agentlik vergi borcu olan şirkətlə müqavilə imzalayıb
05 Mart 2025 15:18
Nazirlik vergi borcu olan şirkətlə anlaşıb
04 Avqust 2025 10:26
Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb
30 Aprel 2025 11:46
ADAU bu şirkətlə müqavilə bağladı vergi borcu var + FOTOFAKT
16 Sentyabr 2025 21:13
Dövlət Vergi Xidməti Qarabağ Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb
26 May 2025 10:49
Baxış sayı:49
Bu xəbər 26 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















