Icma.az
close
up
RU
Dövlət Vergi Xidməti Qarabağ Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Dövlət Vergi Xidməti Qarabağ Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Qarabağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Missiya.Az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun rəhbərliyi Xankəndidə Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşüb. Görüşdə Universitetin mənəvi əhəmiyyəti, təhsil sahəsində mühüm mövqeyi, vergi mədəniyyətinin yüksəldilməsində potensial rolu barədə fikirlərini bölüşən O.Nəzərli Dövlət Vergi Xidmətinin təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, tədrisin cəmiyyətdə vergi orqanlarının real funksiyası barədə düzgün fikirlərin formalaşdırılmasında, biznes mühitində vergi öhdəliklərinə intizamı artırmaq və vergi ödəməyin sosial-iqtisadi əhəmiyyətini aşılamaq üçün bu biliklərin gənclərə və yeniyetmələrə düzgün çatdırılmasında əhəmiyyətini qeyd edib.

Daha sonra tərəflər memorandum imzalayıb. Sənəddə təlim və elmi-tədqiqat sahələrində əməkdaşlığın qurulması, ortaq layihələrin həyata keçirilməsi, tələbələrin inkişafına yönəlmiş fəaliyyətlərin təşkili və qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Memoranduma əsasən, tərəflər təcrübə və bilik mübadiləsi aparmaqla qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu və faydalı əməkdaşlığın qurulmasını təmin edəcəklər.

Görüş çərçivəsində Dövlət Vergi Xidmətinin rəhbərliyi Universitetin müasir tədris infrastrukturu ilə tanış olub, müəllim və tələbə heyəti ilə görüşüb. Ş.Bayramov qonaqlara tələbələrin qəbulu ilə bağlı statistik göstəricilər barədə ətraflı məlumat verib. Rektor işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməyin qürurundan bəhs edərək vurğulayıb ki, tarixi zəfər qazanıldığı torpaqlarda dövlətçilik ideyalarına sadiq gənclər yetişdirilməsi universitetin əsas prioritetlərindəndir. Ş.Bayramov Universitetin tələbələrinin hələ birinci kursdan etibarən müxtəlif elmi konfranslarda, beynəlxalq layihələrdə uğurla iştirak etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, universitetin rəhbərliyi gənclərin regionun tələbatına uyğun yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi istiqamətində Dövlət Vergi Xidmətinin timsalında müxtəlif təşkilat və qurumlarla faydalı əməkdaşlıqda maraqlıdır.

O.Nəzərli yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasında Universitetin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu tədris ocağının təsis edilməsi dövlətimizin işğaldan azad olunmuş ərazilərdə təhsilə dəstəyinin ifadəsidir. Bu addımlar bölgədə təhsil ənənələrinin bərpasına, gənclərin təhsilə olan marağının artmasına və regionun inkişafına təkan verir. O.Nəzərli görüş iştirakçılarına ölkəmizdə vergi inzibatçılığının inkişaf prioritetləri, vergi orqanlarının fəaliyyəti, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”, tədrisə yanaşmalar və peşəkar səriştələrin artırılması istiqamətində tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, cəmiyyətdə vergi intizamının yüksəldilməsində maarifləndirmə işinin mühüm rolu var və bu baxımdan, Universitetlə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir. Görüş iştirakçılarına, həmçinin, Dövlət Vergi Xidmətində təcrübə keçmək və işə qəbul imkanları barədə məlumat verilib. Vurğulanıb ki, bu imkanlar tələbələrin vergi sahəsində praktiki təcrübə qazanmasına, eləcə də gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına şərait yaradır. Xidmət bu istiqamətdə gənclərin inkişafına xüsusi önəm verir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://missiya.az
archiveBu xəbər 26 May 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri