Dövlət Xidməti 50 % endirimlə 12 maşın satacaq
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyulun 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı 5-ci dəfə 50 % endirimlə təkrar hərrac keçirəcək.
Mia.az xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 45 min manat olan 12 nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Dövlət Xidməti 12 avtomobili hərraca çıxarır FOTO
22 Noyabr 2024 13:33
DİQQƏT! Dövlət Xidməti 12 avtomobili hərraca çıxarır SİYAHI
22 Noyabr 2024 22:03
Dövlət Xidməti daha 12 maşını satışa çıxarıb Siyahı
22 Noyabr 2024 13:25
Dövlət Xidməti daha 14 xidməti maşın alır Bir ədədi 56500 manata
25 İyul 2025 11:46
Dövlət Xidməti 34 avtonəqliyyat vasitəsini satışa çıxardı 25 faiz endirimlə
17 Fevral 2025 13:43

