Dövlət Xidməti: Maştağada yerləşən ovdanda təmizlik işləri aparılıb FOTO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Xəzər rayonu Maştağa qəsəbəsində yerləşən ovdanda artıq təmizlik işləri aparılıb”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, tarix-mədəniyyət abidələrinin məişət tullantıları ilə çirkləndirilməsi kimi hallara tez-tez rast gəlinir: “Bu və digər abidələrin çirkləndirilməsi ilə bağlı dəfələrlə təmizlik işləri və sakinlərlə maarifləndirici söhbətlər aparılsa da, eyni hallar yenidən təkrarlanır”.
Əsasən Abşeron yarımadası və yarımadaya yaxın ərazilərə xas tikililər olan ovdanlar tarixi abidə kimi dövlət mühafizəsində olduğu vurğulanıb.
Dövlət Xidməti bütün vətəndaşları, əlaqədar təşkilatları tarixi irsimizə həssas yanaşmağa çağırıb: “Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 08 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















