Icma.az
close
up
RU
Dövlət Xidməti “Rəqabət terminlərinin izahlı lüğəti”nin təkmilləşdirilmiş II nəşrini təqdim edib AZƏRTAC

Dövlət Xidməti “Rəqabət terminlərinin izahlı lüğəti”nin təkmilləşdirilmiş II nəşrini təqdim edib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Rəqabət terminlərinin izahlı lüğəti”nin təkmilləşdirilmiş II nəşri təqdim edilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, rəqabət tənzimləmələri zamanı istifadə olunan terminlərin nəzəri və praktiki əsasları da nəzərə alınaraq hazırlanmış lüğətin nəşrində məqsəd rəqabət iqtisadiyyatı və rəqabət hüququ sahəsində dövlət qulluqçularını, hüquqşünasları, iqtisadçıları, özəl sektorda çalışan müxtəlif peşə sahiblərini, tələbələri və ümumiyyətlə, rəqabətlə maraqlanan hər bir vətəndaşı maarifləndirməkdən ibarətdir.

Lüğətdə 160-dan çox rəqabət tənzimləmələri termini yer alıb. Bu zaman terminlərin rəqabət qanunvericiliyindəki ümumi mənası nəzərə alınaraq milli qanunvericiliyə, beynəlxalq təşkilatların və bir sıra ölkələrin rəqabət siyasəti ilə bağlı nəşrlərinə istinad edilib. Bununla da, geniş ictimaiyyətin terminlərlə bağlı əhatəli məlumat əldə etmək imkanları təmin olunub.

Lüğətin ilk nəşrində istifadə edilən bir sıra terminlərin izahı genişləndirilib, praktiki nümunələr əlavə edilərək istifadəsi asanlaşdırılıb. Bundan əlavə, bir sıra yeni terminlər də bu nəşrdə lüğətə əlavə olunub və bütün terminlərin Rəqabət Məcəlləsinə uyğunlaşdırılması təmin edilib.

Lüğətin istifadəsi rəqabət tənzimləmələri sahəsinə ictimai marağı artıracaq və maarifləndirmə prosesini sürətləndirəcək. Bu baxımdan lüğət ümumi istifadə üçün nəzərdə tutulub və normativ hüquqi akt xüsusiyyətlərini daşımır.

“Rəqabət terminlərinin izahlı lüğəti” elektron formatda Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Məlumat mərkəzi” bölməsində (https://bit.ly/4075lL3) yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2024 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri