Dövlət Xidmətinin qurumların informasiya resurslarında aşkarladığı təhlükəsizlik boşluqları artıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 3 iyul, AZƏRTAC
Bu ilin ilk yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 902 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
AZƏRTAC XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Təkcə iyun ayında 211 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,5 faiz daha çoxdur.
Baxış sayı:59
Bu xəbər 03 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















