“Dövlət xidmətlərinin rəqəmsallaşması və iqtisadi inkişafın təşviqi təlim
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ədliyyə Nazirliyinin əməkdaşları üçün “Dövlət xidmətlərinin rəqəmsallaşması və iqtisadi inkişafın təşviqi” mövzusunda növbəti təlim təşkil olunub.
DİA-dan AZƏRTAC-a bildirilib ki, təlim Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyatın Dövlət Tənzimlənməsi kafedrasının müəllimi Fəridə Məcidlinin təqdimatında keçirilib.
Təlimin məqsədi dövlət idarəçiliyində rəqəmsal transformasiyanın elmi-nəzəri əsaslarının öyrənilməsi və praktiki bacarıqların formalaşdırılması olub. Proqram çərçivəsində rəqəmsal iqtisadiyyatın konseptual çərçivəsi, dövlət xidmətlərinin rəqəmsallaşmasının prinsipləri və strateji istiqamətləri, eləcə də Azərbaycan Respublikasında mövcud normativ-hüquqi baza və rəqəmsallaşma siyasətinin analizi iştirakçılara təqdim edilib.
Təlim zamanı beynəlxalq və yerli təcrübələrin müqayisəli təhlili aparılıb, elektron xidmətlərin səmərəliliyinin və ictimai məmnuniyyət səviyyəsinin qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr keçirilib. Fəridə Məcidli qeyd edib ki, dövlət idarəçiliyində innovativ rəqəmsal həllərin tətbiqi və proseslərin optimallaşdırılması iqtisadi inkişafın sürətləndirilməsinə, şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Təlim interaktiv diskussiya formatında təşkil olunub, iştirakçılar tərəfindən fəal şəkildə qarşılanıb. Tədbirin sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqların dövlət idarəçiliyində tətbiqinin əhəmiyyətini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 31 Oktyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















