Icma.az
close
up
RU
İqtisadi inkişafın sütunları

İqtisadi inkişafın sütunları

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bölgələrdə istehsalın yüksəlməsi tərəqqiyə töhfə verir

Bu gün Azərbaycanın hər bir bölgəsində yeni həyat nəfəsi duyulur. İllər öncə infrastruktur baxımından geridə qalmış rayon və kəndlər indi müasir yollarla, təzə tikililərlə, iş yerləri ilə tanınır. Bu dəyişikliklər təsadüfi deyil, ölkəmizdə həyata keçirilən ardıcıl və məqsədyönlü regional inkişaf siyasətinin nəticəsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı gerçəkləşdirilən proqramların məqsədi təkcə iqtisadi artımı təmin etmək deyil, həm də paytaxtla bölgələr arasında tarazlığı, bərabər imkanları yaratmaqdır. Bu siyasətin nəticəsidir ki, bölgələrdə yeni sənaye müəssisələri, aqroparklar, emal zavodları və turizm infrastrukturu regionlarda minlərlə insan üçün iş yeri yaradıb.

Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu və insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində apardığı siyasət öz müsbət tövhəsini vermiş, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2004-2024-cü illər ərzində 1,7 milyonu daimi olmaqla, 2,2 milyondan artıq yeni iş yeri yaradılıb ki, bu iş yerlərinin də 75 faizi regionların payına düşür.

İnsan amili inkişafın mərkəzində...

Regional inkişafla bağlı dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə regionlarda sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində xeyli işlər görülüb. Sumqayıt Kimya Sənaye Parkı və Mingəçevir Sənaye Parkı, həmçinin Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradılmışdır ki, bu da regionlarda sənaye sahəsində fəaliyyət göstərən sahibkarların, o cümlədən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes və investisiya mühitinin yaradılması, yeni iş yerlərinin açılması baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlət Proqramları çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər də əsas prioritet istiqamətlərdəndir. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması, dövlət investisiyaları hesabına aqrar sahədə keyfiyyətli məhsul istehsalını yüksəldib.

Regional inkişaf həm də insanların həyat keyfiyyətində öz əksini tapır. Müasir məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri, idman kompleksləri regionlarda sosial həyatın səviyyəsini xeyli yüksəldib. Bir vaxtlar paytaxtdan uzaq, diqqətdən kənarda qalan kəndlərdə indi gənclər öz işini qurur, fermerlər bazarlara məhsul çıxarır, qadınlar yerli icmalarda sosial layihələrdə iştirak edir. Bu, cəmiyyətin özünəinamını və təşəbbüskarlığını artıran mühüm faktordur.

Regionlarımızda yeni mərhələ başlayıb

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, artıq son statistika göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 50 mindən artıq vətəndaş çalışır: “Bu isə regionların inkişafında yeni mərhələnin başlandığını göstərir. İşğaldan azad olunmuş ərazilərimiz həm iş yerlərinin yaradılması, həm də iqtisadi fəaliyyətlərin genişləndirilməsi baxımından mühüm rol oynayır. Lakin təkcə Qarabağ və Şərqi Zəngəzur deyil, digər iqtisadi rayonların da potensialından səmərəli istifadə olunmalı və bu bölgələrə də sərmayələr cəlb edilməlidir. Regionların inkişafı və paytaxtla bölgələr arasında tarazlığın qorunması ölkənin uzunmüddətli iqtisadi strategiyasında əsas prioritetlərdən biri kimi qiymətləndirilir”.

Xarici ölkələrin təcrübəsi

Deputat deyib ki, bəzi ölkələrdə regionların inkişafı ilə bağlı fərqli yanaşmalar var: “Məsələn, İtaliyada regionların inkişaf etdirilməsi üçün ayrıca güzəştlərin, aşağı dərəcəli vergilərin tətbiqi həyata keçirilir. Burada məqsəd bölgələrə daha çox sərmayənin cəlb edilməsidir, çünki İtaliyanın cənubu və şimalı arasında iqtisadi baxımdan fərq müşahidə olunurdu. Aparılan islahatlarla bölgələrlə iri şəhərlər arasında fərqi aradan qaldırmaq mümkün oldu. Ona görə də İtaliya təcrübəsi də bu kontekstdə Azərbaycan üçün faydalıdır”.

Azad ərazilərin iqtisadiyyata reinteqrasiyası təmin olunur

V.Bayramov bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin inkişafı və o cümlədən həm iqtisadiyyatın formalaşması, həm də reinteqrasiyası əsas prioritetlərindəndir: “Cənab Prezidentin də əsas tapşırıqlarından biri Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşmasında özəl sektorun yaxından iştirakı və dəstəklənməsi ilə bağlıdır. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur üçün 10 illik güzəşt paketi var və sərmayənin cəlb edilməsi ilə bağlı işlər görülür. Ona görə də azad olunmuş ərazilərimizin Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdırmaq imkanları var. Bu, iqtisadiyyatımız üçün əlavə 10 milyard manata yaxın yeni dəyər deməkdir. Ona görə də bu dəyərin formalaşdırılmasında özəl sektorun daha yaxından iştirakı olduqca vacibdir. Bu da ölkə iqtisadiyyatına reinteqrasiyaya imkan verəcək, ölkə iqtisadiyyatının inkişafı üçün vacibdir”.

Yeganə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Oktyabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see442

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see291

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see284

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see282

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see273

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see259

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see257

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see257

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see253

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see231

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see221

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see216

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see205

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see203

Türkiyədə gözlənilməz həbs: İqtidara yaxınlığı ilə tanınan jurnalist saxlanıldı

31 İyul 2026 05:02see198

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see182

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see179

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see176

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see176

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri