Icma.az
close
up
RU
Azərbaycançılıq ideyası mətbuatda

Azərbaycançılıq ideyası mətbuatda

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Dövlətin ətrafında birləşmək, dövlətçiliyimizi sevmək, milli mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qorumaq xalq olaraq boynumuza biçilib. 

Azərbaycançılıq ideyası əsrlər boyu müxtəlif formalarda təzahür edib, özünü göstərib. Bu ruhda yüzlərlə əsər yazılıb. Millətin, dövlətin birliyi, ana dilimizin, mədəniyyətimizin, söz sənətimizin ucalığı tarixən diqqəti çəkib. Azərbaycançılıq dəyərlərimizdə özünü ehtiva edib və bu məqamlar indi də yaşayır. Sözsüz ki, azərbaycançılıqdan danışdıqda yalnız son əsrlərlə kifayətlənməli deyilik. Bəziləri əsassız olaraq qeyd edir ki, guya azərbaycançılıq 20-ci əsrin sonu 21-ci əsrin əvvəlləri ilə bağlıdır. 

Əslində isə bu, milli məfkurəçilik hissinə yaddır və Azərbaycan xalqı, mədəniyyəti mövcud olandan azərbaycançılıq da var. Sadəcə, azərbaycançılıq vahid ideologiya olaraq indiki kimi dünya azərbaycanlılarını öz ətrafında birləşdirməyib. Bu gün hər bir azərbaycanlı bu ideyanın daşıyıcısı, onun təbliğatçısı olaraq aktivlik göstərməlidir.  Dördpendirli pizza

Azərbaycançılıq xalqımızın mənəvi keyfiyyətlər məcmusunu təşkil edir ki, bu da zaman-zaman cəmiyyətin məişət həyatı, sosial mühiti və ictimai psixologiyası əsasında formalaşıb. Mənəvi keyfiyyətlər Azərbaycan xalqının, Azərbaycan millətinin, eləcə də respublikamızda yaşayan etnik qrupların şəxsiyyət aləmini müəyyən edir. Hər bir mənəvi aləmin arxasında milli psixologiya və milli şüur dayanır. 

Milli şüur milli vətənpərvərliyin, milli qürurun, milli-mənəvi dəyərlərin, milli adət-ənənələrin, milli əxlaqi keyfiyyətlərin birgə inteqrasiyasının məhsuludur. Sözsüz ki, bu ideyanın inkişafında mətbuatın da üzərinə ciddi öhdəlik və vəzifələr düşür. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış gənc şair, Kulis.az saytının baş redaktoru Ulucay Akif bildirib ki, ədəbiyyat sahəsində istər vətənpərvərlik, istərsə də Qarabağ müharibəsi mövzusunda xeyli əsərlər yazılır:

“Düşünürəm ki, dövləti sevmək üçün birinci xalqın özünü sevmək lazımdır. Həm medianın, həm yazıçıların, həm də sıravi vətəndaşların borcu özümüzü bir-birimizə sevdirməkdir. Mən nə qədər tez-tez “azərbaycanlılar” deyib özümüzü tənqid etsəm də, azərbaycanlıların çox gözəl xalq, millət olduğunu düşünürəm. Biz sadəcə bunları düz-əməlli üzə çıxa bilmirik. 

Biz bir çox şeydə çox yaxşıyıq. Lakin onları üzə çıxara, göstərə bilmirik. Söhbət qətiyyən mentalitetdən getmir. Xalq olaraq, millət olaraq xarakterimizi qabartmaq lazımdır. Özümüzü sevsək, dövləti də sevəcəyik. Həm vətənpərvərlik, həm də Qarabağ müharibəsi ilə bağlı xeyli əsərlər yazılır. İstər hekayə, istər roman kifayət qədər qələmə alınır. 

Sadəcə insanlarımız ədəbiyyatla maraqlanmadığı və bütün əsərlərlə tanış ola bilmədiyi üçün, əsərlər məşhurlaşımır və yetərincə auditoriyaya çıxa bilmir. Şəxsən mənim özüm də həm Birinci, həm də İkinci Qarabağ müharibəsini özündə birləşdirən roman yazıram. Düşünürəm ki, 44 günlük Vətən müharibəsinin 5 illiyinə, zəfərimizə töfhə olar. 

Ədəbiyyat elə bir şeydir ki, onu yazıçıdan zorla almaq olmaz. Hər şeyin öz zamanı var. Bəzən bir mövzunun, hadisənin əsəri bəzən 50 il sonra, bəzən isə 2 il sonra ortaya çıxır. Ədəbiyyatı tələsdirmək biraz düzgün olmayan yanaşmadır. Hazırda çox yazıçılarımız çox gözəl hekayələr, romanlar, şeirlər yazırlar”.

Tanınmış jurnalist, Ölkə.az saytının baş redaktoru Samir Mirzə isə qeyd edib ki, Azərbaycançılıq ideyası bizim üçün təkcə bir siyasi xətt yox, həm də gündəlik həyatımıza təsir edən bir düşüncə tərzidir:

“Azərbaycançılıq ideyası bizim üçün təkcə bir siyasi xətt yox, həm də gündəlik həyatımıza təsir edən bir düşüncə tərzidir. Çünki biz tək bir millətdən ibarət deyilik. Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri illərdir bu torpaqda bir yerdə yaşayıb, bir-birinə qarışıb. Ona görə də azərbaycançılıq ideyası hər kəsin ortaq və eyni dəyər ətrafında birləşməsi deməkdir. 

Media bu istiqamətdə ciddi işlər görə bilər. Fərqli xalqlara aid mədəniyyətləri işıqlandırmaq olar. Hər bölgənin öz adət-ənənəsi, musiqisi, mətbəxi var. Bunlar təqdim olunanda ölkədə vəhdətin daha da möhkəmlənməsinə töhfə verər. Elə bu da azərbaycançılığın əsas məqsədidir. 

Bəzən deyirlər ki, balans üçün Hollivud filmlərində qəhrəmanlardan biri ağdərili, digəri qaradərili olur. Azərbaycanda isə bu balans öz-özünə yaranıb. Bizdə etnik və dini ayrı-seçkilik olmadan böyüyən nəsillər var. 44 günlük müharibədə də vətəndaşlarımızın necə bir yumruq olduğunun əyani şəkildə şahidi olduq. Media bu birliyi qorumaq və gücləndirmək üçün daim çalışmalıdır. Düzdür, irqçilik bizdə yoxdur, amma yerlipərəstlik kimi hallara bəzən rast gəlirik. 

Bu cür halların qarşısını almaq üçün də televiziyada, mətbuatda, hətta musiqi kliplərində belə bütün bölgələrin bir-birinə necə bənzədiyini və necə gözəl şəkildə fərqləndiyini göstərmək olar. Qeyd etmək lazımdır ki, azərbaycançılıq sadəcə şüar olmamalıdır, bu, gündəlik həyat tərzimizə çevrilməlidir. Media da burada əsas vasitədir. Düzgün təqdimatla vəhdətimizi daim qoruya bilərik”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.   


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 İyul 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri