Icma.az
close
up
RU
Dövlətçilik tariximizdə Ağqoyunlu (Bayanduriyyə) dövləti

Dövlətçilik tariximizdə Ağqoyunlu (Bayanduriyyə) dövləti

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

XI Yazı

Ağqoyunlu Sultanlığında dövlət quruluşu

Ağqoyunlular zamanında bütün ölkə əski türk ənənəsinə görə xanədanın mülkü sayılırdı. Sultanın oğulları ölkənin müxtəlif əyalətlərində vali və digər şahzadələr də əmir təyin edilirdilər. Ağqoyunlu dövlətində ölkə Azərbaycan, Aran, Diyarbəkir, İraq, Fars, İsfahan, Kirman və Qəzvin əyalətlərinə bölünmüşdü. Bu əyalətlərə sultanın oğulları, qardaşları və əmi oğulları və ya boy rəisləri vali təyin edilirdilər.

Sultan öləndən sonra, əksərən onun seçdiyi vəliəhd sultan olurdu.Lakin çox vaxt yeni sultanın əleyhinə digər şahzadələr üsyan edib, daxili savaş aparırdılar. Nəticədə səltənət müvəffəq olanın əlində qalırdı. Ağqoyunlu dövlətinin az müddətdə aradan getməyinin səbəblərindən biri də bu məsələ idi.

İdari təşkilatın mərkəzi Uzun Həsənin zamanında böyük divan idi. Divanın rəisi divanbəyi və ya sahibi-divan adlanırdı. Divanbəyinin yanında “sahib” deyilən vəzirlər və hər biri bir nazirliyə bərabər olan nəzarət divanları (təftiş, tuğra və ya nişan, istifa, yəni maliyyə) və cəza və nizami işlərə baxan şikayət divanları, qazi əsgər (hərbi məhkəmə) və pərvanəçi (divanda sənədləşmə üzrə məmur) var idi. Bunlardan başqa bəzi böyük bəylər də divanın təbii üzvləri idilər.

Böyük bəylər hər biri vilayətlərdə bir şahzadənin atabəyi idi. Əyalətlərdə də divanın kiçik nümunəsi qurulardı.

Uzun Həsən fəthlərindən sonra dövlət təşkilatını genişləndirmiş və Təbrizdə Osmanlı dövlət təşkilatı əzəmətində bir dövlət təşkilatı qurulmuşdu.

Uzun Həsən ordu təşkilatını da Osmanlı ordusu kimi qurmuşdur. Ordunun əsas qismini xüsusi seçmə əsgərlər (xüsusi təyinatlı qüvvələr) təşkil edərdi. Onlar daim xidmət edib,dövlətdən maaş alardılar. Qəsəbə və kəndlərdən alınan piyada əzablarla (subay, evli olmayan) köçərilərdən alınan çeriklər (könüllülər) ancaq savaş zamanında maaş alırdılar. Bir də vilayətlərdəki bəylərin əmrində və torpağa bağlı olan timarlı sipahilər (himayədə olan hərbiçilər) var idi. Ağqoyunluların bayraqları ağ rəngdə olub üstündə qoyun başı (qoç) əksi var idi. Uzun Həsəndən başlayaraq taxta çıxan hökmdarlar adlarının başına sultan, sonuna padşah, xan və ya bahadır ünvanlarını əlavə edib, pul, fərman, damğa və yazılarında da bu ünvanları işlədirdilər.

Uzun Həsən bəyin “Qanunnaməsi” əkinçi, sənətkar və əkinçilərdən alınan vergilərin adilanə bir şəkildə tənzim və toplanması üçün yazılmışdır.Onun “Qanunnaməsi” Qızılbaş dövlətində uzun müddət və Osmanlılar tərəfindən də bir müddət tətbiq edilmişdir.

Ağqoyunlular və Qaraqoyunlular özlərini əfsanəvi türk hökmdarı Oğuz Xaqanın varisi hesab edirdi.

Sultan Məhəmməd

Məhəmməd Mirzə Uzun Həsənin nəvəsi,Yusif Mirzənin oğlu, Əlvənd Mirzənin qardaşıdı.Sultan Məhəmməd 1497-1500-ci illərdə Kerman və Fars əyalətlərində Ağqoyunlu hökmdarı kimi hakimiyyətdə olmuşdur.Tam adı Əbül Mükərrəm Məhəmməd Bayandur ibn Yusifdir.

Ağqoyunlu ailəsində doğulan Məhəmməd Uzun Həsənin oğul nəvəsi, Yusif Mirzənin birinci oğlu idi. Məhəmməd Mirzənin doğumu və həyatının ilk dövrü barədə olan məlumatlar çox azdır. Məlumdur ki, o,1497-ci ildə qohumlarının və imperiyanın yuxarı təbəqəsinin bir hissəsi ilə birlikdə özünü sultan elan etmiş qohumu Gödək Əhmədə qarşı üsyan başlatmışdır. Gödək Əhməd İsfahan döyüşündə məğlub edildikdən sonra isə Məhəmməd Mirzə müttəfiqi olan qardaşı Əlvənd Mirzə ilə imperiyanı bölüşdürmüşdür. Bu savaşda Məhəmməd Mirzənin qalib gəlməsində Eybə Sultanın da onu dəstəkləməsi və Gödək Əhmədin ordusundakı əmirlərin ona xəyanəti mühüm rol oynamışdı. Məhəmməd Mirzə Fars, Sistan,Yəzd və Kermanda hakimiyyəti öz əlinə alarkən, yerdə qalan ərazilər də Əlvəndə verilmişdir.

Lakin qardaşlar arasında da tezliklə münaqişə başlayır.1498-ci ildə Məhəmməd Mirzə Əlvəndə qarşı müharibəyə başlayır. Lakin məğlub olunduğuna görə İsfahana qaçmağa məcbur edilir.1499-cu ildə isə Məhəmməd Mirzə Kermanda məskunlaşır. Lakin burada da qısa müddət sonra bir başqa qohumu Murad ibn Yaqub ilə münaqişəyə daxil olur.1500-ci ildə o, Murad tərəfindən məğlub edilir və ölür.

Əlvənd Mirzə

Əlvənd Mirzə Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur.1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur.Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir.1498-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur.

Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi.İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu.Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi.Bu hadisədən sonra Sultan Murad və Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı. O da, Şirazdan İsfahana gəlib 1499-cu ildə Məhəmmədi tutdu və Təbrizə sürgün etdi.Əlvənd Mirzə və Murad Əbhərdə sülh bağladı və bunun nəticədində Diyarbəkir (Şərqi Anadolu) ilə Azərbaycan Əlvənd Mirzəyə, İrqa-Ərəb, İraq - Əcəm və Fars da Sultan Murada qaldı.

Əlvənd Mirzə Şah İsmayılın Şirvanşahları məğlub etməsi xəbərini alan kimi böyük ordu ilə Təbrizdən Naxçıvana gəldi. O, qızılbaşların Kür çayını keçməsini əngəlləmək üçün hərbi qüvvələrinin rəisi Məhəmməd Qaracanı Gəncə və Qarabağa yolladı. Qızılbaşlar Kür çayını keçib Əlvəndin göndərdiyi ordunu məhv etdilər. Əlvənd Mirzə Şah İsmayıla Şirvana qayıtmaq tələbi ilə məktub göndərsə də, rədd cavabı aldıqdan sonra, döyüşmək üçün nəzərdə tutduğu Şərur süzünə yollandı.Lakin 1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə məğlubiyyətə uğradı.

Şərur Savaşı

1501-ci ilin avqust ayında İsmayıl Səfəvi Arazın cənub sahili boyunca hərəkət edərək, Naxçıvan bölgəsində çayı keçdi və Ağqoyunlu ordusunu qarşılamağa tələsdi.Tarixi qaynaqlarda Ağqoyunlu ordusunun sayı 30.000, qızılbaşların isə 7 minlik ordusu var idi.Rocer Savoriyə görə, Ağqoyunlu dövlətinin ordusu say etibarı ilə Qızılbaşlardan 4 dəfə çox olmuşdur.

Şərur düzündə həlledici döyüş baş verdi.Döyüşdə İsmayıl yüksək sərkərdəlik məharəti və hünər nümayiş etdirərək, Ağqoyunlu sərkərdələrindən bir neçəsini şəxsən qılıncdan keçirdi. Öz sərkərdələrinin başlarını qızılbaşların nizələrində görən Ağqoyunlu qoşunları vahimə içərisində qaçmağa başladılar.Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi. Qızılbaşlar zəngin qənimət ələ keçirdilər.Şərur qələbəsindən dərhal sonra İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan edərək Qızılbaş dövlətinin əsasını qoydu. Əlvənd Mirzə Azərbaycandakı hakimiyyətini itirdikdən sonra Diyarbəkirdəki Qasım bəy ilə mübarizə apardı və onu məğlub etdi. Sonrakı hakimiyyətini Diyarbəkir və ətraf ərazilərdə sürdürdü.1505-ci ildə Mardində vəfat etdi.

Sultan Qasım

Sultan Qasım Ağqoyunlu dövlətinin VII Sultanı olmuşdur (Diyarbəkirdə) 1497-1501.Uzun Həsənin qardaşı Cahangir Mirzənin oğlu idi.

Sultan Gödək Əhmədin ölümündən sonra müstəqil hakimiyyətə başlamışdır.Haqqında məlumat azdır.Qasım bəy öz adına pul kəsdirmiş və Mardini paytaxt etmişdir.1501-ci ildə Şərur düzündə məğlub olan Əhməd Mirzə Sultan Qasımdan torpaq tələb etmişdir.Bunu qəbul etməyən Sultan Qasım Əlvənd Mirzə tərəfindən Mardin yaxınlığında məğlub edilmiş və öldürülmüşdür.Əlindəki torpaqlarda isə Əlvənd Mirzə hökm sürməyə başlamışdır.

Sultan Qasımın 24 mart 1497-ci ildə İsfəndiyar bəy adlı bir əyana iqta verdiyi haqqında sənəd mövcuddur.Onun dövründə Mardində Qasimiyyə mədrəsəsi ucaldılmışdır.Özünü sultan adlandırmışdır.

Sultan Murad

Sultan Murad ibn Yaqub ibn Həsən 31 iyul 1490-cı ildə Təbriz şəhərində dünyaya gəlmişdir.Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir.

Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş,Sultan Məhəmmədin ordularını məğlub,torpaqlarını işğal edərək Sultan Məhəmmədi öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış,əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki,Ərəb İraqı,Əcəm İraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı.

21iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi.Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi.Eybə Sultanın qardaşı əsir düşdü,özü isə qaçdı.Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi.1508-ci ildə Şah İsmayılın ordusundan qaçaraq Diyarbəkirə getdi.Sultan Murad 1518-ci ildə Urfada vəfat etdi.Sultan Murad Ağqoyunlu dövlətinin VIII Sultanı 1499-1508 olmuşdu.

Əlaüddövlə Bozqurd bəy Süleyman bəy oğlu Zülqədərin qızı Bəyli Xatunla evlənmişdi.Övladları:

Yaqub bəy Bayandur

Həsən bəy Bayandur

Zeynalabidin bəy Bayandur

Zeynalabidin bəy Bayandur Gödək Əhmədin oğlu idi.Zülqədəroğlu Əlaəddövlə Bozqurd bəyin sarayında yaşamışdır. 1501-ci ildə Şərur döyüşündə məğlub olan Əlvənd Mirzə Diyarbəkir və ətraf ərazi hökmdarlığını Qasım Mirzədən alaraq 1505-ci ilə qədər burada hökm sürmüşdür.Onun ölümündən sonra Ağqoyunlu əyanları Zeynalabidin bəyi Bozqurd Zülqədərdən istədilər.Bozqurd Zülqədər bu təklifi qəbul etdi və Zeynalabidin bəyi əsgəri qüvvə ilə Diyarbəkirə göndərdi.

Zeynalabidin bəy uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi.Həsənkeyfi ələ keçirib,Urfaya doğru irəlilədi.Urfaya hücum vaxtı həbsdən çıxan Əmir bəy Zeynalabidin bəyi məğlub etdi.Döyüşdə Zeynalabidin bəy əsir düşdü.

Zeynalabidin bəy yenidən Zülqədəroğlu bəyliyinə geri döndü.Əmir bəy Mosullu isə I Şah İsmayıla tabeliyini bildirdi.1508-ci ildə Diyarbəkir ətrafı bölgələr tamamilə Qızılbaş dövlətinin hakimiyyətinə keçdi.Zeynalabidin bəy Bayandur Ağqoyunlu dövlətinin IX Sultanı 1505-1508 kimi hökmdarlıq etmişdir.

Ağqoyunlular dövründə mədəniyyət

Uzun Həsəndən başlayaraq Ağqoyunlu hökmdarları elmə və incəsənətə hamilik etmişlər.

Uzun Həsən dövrünün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı.

Uzun Həsənin sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Uzun Həsəən Qurani-Kərimi Azərbaycan türkcəsinə tərcümə etdirmiş, dövrün görkəmli elm xadimi Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə”adlı Oğuznamə yazdırmışdı.Fəzlulllah ibn Ruzbehan Xunci 1487-ci ildə Təbrizə-Sultan Yaqubun sarayına gəlmiş və Ağqoyunlu dövlətinin tarixini yazmağa başlamışdır.

Ağqoyunlular dövündə Təbriz sürətlə inkişaf edirdi.Təbrizdə Ağqoyunlu hökmdarı Sultan Yaqub tərəfindən 1478-1484-cü illərdə iri saray kompleksi tikdirilmişdi.Sarayda 20 min otaq mövcud idi.Saray kompleksinin fərqli xüsusiyyəti onun ərazi baxımdan böyük olan bağ daxilində yerləşməsidir.Saray kompleksi “Səkkiz cənnət” adlanırdı.Şərq ölkələrində gözəl və geniş bazar kimi şöhrət tapmış və əsası Uzun Həsən tərəfindən qoyulmuş “Qeysəriyyə” üstüörtülü və səkkizkünclü idi. Onun üstü günbəz və tağla örtülmüşdü.Bu bazarda qiymətli mallar və cəvahirat satılırdı.

Ağqoyunlu dövləti Azərbaycan tarixinin parlaq səhifələrindən olmuşdur. Dövlətçilik tariximizdə xüsusi yer tutur.

Son

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:348
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Avqust 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri