Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Dövlətçilik tariximizdə yeni mərhələ

Dövlətçilik tariximizdə yeni mərhələ

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Məşhur Məmmədov,

Millət vəkili

Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan dövlətçiliyinin ən şanlı səhifələrindən birinin rəsmi qeydidir. Bu gün təkcə təqvimdə bir tarix deyil, həm də 30 ildən artıq davam edən işğala son qoyulmasının, xalqımızın milli iradəsinin və dövlətimizin gücünün təntənəsidir.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu, işğal və separatizmə birdəfəlik son qoyuldu. 20 sentyabr 2023-cü ildə Azərbaycan Bayrağının Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üzərində ucaldılması xalqımızın tarixi qürur anı oldu. Məhz bu məqam Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Ali Baş Komandan kimi sarsılmaz iradəsinin parlaq təzahürü idi. Ardınca isə 8 noyabr 2023-cü ildə keçirilən Zəfər paradı Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəsmi təntənəsi kimi tarixə düşdü.

Dövlət başçısının ardıcıl səfərləri bu günlərin təkcə hərbi-siyasi yox, həm də sosial-iqtisadi baxımdan tarixi dönüş nöqtəsi olduğunu təsdiqləyir. 2024-cü ilin mayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xankəndi şəhərində Qarabağ Universitetinin təməlini qoydular. Bu hadisə Qarabağın gələcəyi üçün strateji əhəmiyyət daşıyır: Universitet həm təhsil, həm elm, həm də cəmiyyət üçün güclü intellektual mərkəzə çevriləcək.

Prezident İlham Əliyevin tapşırığı ilə əsası qoyulan Qarabağ Universiteti təkcə təhsil müəssisəsi deyil, həm də Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma və intellektual inkişafın rəmzinə çevrilir. Bu universitetin açılması, əslində, Qarabağın elm və bilik paytaxtı kimi formalaşmasının başlanğıcıdır.

Qarabağ Universitetinin yaradılması bölgənin sosial-iqtisadi həyatına yeni nəfəs gətirəcək, minlərlə gəncə öz doğma torpaqlarında təhsil almaq imkanı verəcək, xaricdən və ölkənin digər bölgələrindən gələcək tələbələrin hesabına Qarabağın mədəni-mənəvi cazibəsini artıracaq.

Universitet yalnız auditoriya və laboratoriyalarla məhdudlaşmayacaq. Burada elmi-tədqiqat mərkəzləri, startap inkubatorları, texnoparklar fəaliyyət göstərəcək. Yəni Qarabağ Universiteti gələcəyin elm-texnologiya hub-ı olacaq.

Beynəlxalq əməkdaşlığa tövhə verəcək bu təhsil ocağı dünyanın nüfuzlu universitetləri ilə birgə proqramlar, tələbə-müəllim mübadiləsi həyata keçiriləcək.

Universitetin fəaliyyəti sayəsində bölgədə xidmət sektoru, yaşayış, ictimai nəqliyyat və infrastruktur sürətlə inkişaf edəcək, yerli sahibkarlarla əməkdaşlıq əsasında innovativ layihələr hazırlanacaq.

Qarabağ Universiteti həm də qayıdışın, dirçəlişin və gələcəyə inamın rəmzidir. İşğal dövründə dağıdılmış şəhərlərin yerində indi müasir elm və bilik ocağı yüksəlir. Bu, Azərbaycan dövlətinin “Böyük Qayıdış” siyasətinin ən parlaq nümunələrindən biridir.

Azərbaycan dövlətinin güclü idarəçilik siyasətinin daha bir bariz nümunəsi Ağdərə rayonunun yaradılması oldu. 2024-cü ilin noyabrında Prezidentin müvafiq Sərəncamı ilə tarixi ədalət bərpa edildi, Ağdərə rayonu inzibati xəritəmizə yenidən daxil edildi. Bu qərar həm dövlətçilik ənənələrimizin, həm də milli tarixi yaddaşımızın qorunmasının göstəricisidir.

Prezident İlham Əliyevin Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərinə ardıcıl səfərləri bu bölgələrin bərpa və inkişafının dövlətin prioriteti olduğunu bir daha nümayiş etdirdi. Bu səfərlərdə təqdim olunan sosial infrastruktur layihələri, yol, məktəb, mədəniyyət və səhiyyə obyektlərinin tikintisi bölgənin yeni həyatına start verdi. Xüsusən də Xocalıya ilk köçün başlanması tarixi ədalətin bərpasının ən parlaq göstəricilərindəndir.

Prezident İlham Əliyevin Xocalıya səfəri və burada ilk köç prosesi ilə bağlı açıqlamaları Qarabağın Azərbaycan həyatına sürətli reinteqrasiyasının göstəricisidir. Ən faciəli səhifələrdən biri olan Xocalının bu gün yenidən dirçəlməsi dövlətimizin gücünü, xalqımızın dözümünü və gələcəyə olan inamını nümayiş etdirir.

Eyni zamanda Ağdərəyə səfər və burada aparılan işlər də bölgənin bərpasına dövlətin xüsusi diqqətinin sübutudur. Bu addımlar göstərir ki, Azərbaycan yalnız hərbi-siyasi qələbə ilə kifayətlənmir, həm də işğaldan azad olunmuş torpaqları qısa zamanda abad və firavan məkanlara çevirir.

20 Sentyabrın rəsmi olaraq qeyd edilməsi bir daha sübut edir ki, Azərbaycan dövlətinin hər bir qərarı milli maraqlara xidmət edir, xalqımızın tarixi yaddaşını möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində suverenlik bərpa olunub, ədalət təmin edilib, tarixi qürurumuz geri qaytarılıb.

Hər birimiz bu siyasətin tam dəstəkçiləriyik. Çünki hər bir qərarın arxasında dövlətimizin güclənməsi, xalqımızın rifahı və sabit gələcəyimiz dayanır. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü tariximizin qəhrəmanlıq səhifəsidir və biz bu günün qürurunu gələcək nəsillərə ötürəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Sentyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri