Icma.az
close
up
RU
Dövlətçilik tariximizin şanlı salnaməsi

Dövlətçilik tariximizin şanlı salnaməsi

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycanın üç il öncə sentyabrın 19-20-də həyata keçirdiyi antiterror əməliyyatı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə yekunlaşdı. Bununla da Cənubi Qafqazda hazırda mövcud olan sülh üçün əsaslı zəmin yarandı.
Bu gün üçrəngli müqəddəs Bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Bu reallıq Azərbaycanın minlərlə qəhrəman övladının canı, qanı bahasına əldə edilib. 2020-ci ildə 30 illik işğala 44 gün ərzində son qoyan Vətən müharibəsi, 2023-cü ildə isə 100 illik separatizm ocağını cəmi 23 saata darmadağın edən antiterror əməliyyatları müstəqil dövlətçilik tariximizin ən şanlı salnamələri arasında yer alır.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd etdi və müasir tariximizin yeni dövrünün də məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını diqqətə çatdırdı. Bildirdi ki, istər siyasi, hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.
Sentyabrın 20-si antiterror əməliyyatları ilə separatizm qalıntılarından azad edilən şəhərlərimiz üçün də əlamətdar tarixdir.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni separatçılarından təmizlənməsindən və tarixi ədalətin bərpasından artıq üç il keçir.
Suverenliyimiz xalqımızın milli sərvətidir
Dövlət Suverenliyi Gününün əhəmiyyəti Prezident İlham Əliyevin müvafiq sərəncamında xüsusi qeyd olunur. Sərəncamda bildirilir ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib.
Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib:
"Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".
Dövlət Suverenliyi Günü yalnız bir Qələbə tarixi deyil
 

Bir gündən az davam edən antiterror əməliyyatlarının dövlətimiz üçün nəticələri olduqca böyükdür. Məhz bu əməliyyatlar nəticəsində suverenliyin elanı ilə dövlət idarəçiliyi ölkənin bütün ərazilərində bərpa olundu. Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Uzun illər qanlı müharibələrə şahidlik edən Cənubi Qafqazda silahlı qarşıdurma dövrü başa çatdı. Artıq separatizmi, işğalı özündə əks etdirən münaqişə ocağı tarixin qaranlıq arxivinə göndərilib.


Bu missiya Azərbaycanın ali rəhbərliyinin qətiyyəti, uzaqgörənliyi və dəmir siyasi iradəsi, xalqın öz liderinə olan bağlılığı və sarsılmaz inamı, Silahlı Qüvvələrimizin peşəkarlığı sayəsində uğurla reallaşdırıldı. Artıq beynəlxalq aləmdə Azərbaycan adı gəldikdə işğala məruz qalan, suverenliyi pozulmuş ölkə yox, bölgəmizdə yeni reallıqlar yaradan, prosesləri yönləndirən, sürətlə inkişaf edən güclü, müstəqil və qalib dövlət statusu ön plana çıxır. Beləliklə, Dövlət Suverenliyi Günü yalnız bir Qələbə tarixi deyil, həm də gələcək nəsillər üçün dərsdir.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd yenidən qurulur
Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə başlayan bərpa quruculuq prosesi suverenliyimizin tam bərpasından sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd rayonlarını da əhatə etdi. Bu gün həmin şəhərlər doğma Azərbaycanın bir parçası olaraq yenidən qurulur, separatizmin, işğalın açdığı dərin yaralar milli birliyimiz, gücümüz sayəsində sarılır, sağaldılır. Bir zamanlar işğal faktının əsas ünvanlarından sayılan Xankəndi bu gün Azərbaycanın ən sürətli inkişaf edən şəhərlərinin sırasında yer alır. Minlərlə tələbə Qarabağ Universitetində təhsil alır. Qan yaddaşımız olan Xocalıya yeni həyat qayıdır.
 

Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin təmin olunması ölkənin müstəqil dövlətçilik tarixində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.


Dövlət Suverenliyi Günü bir daha göstərdi ki, xalq və dövlət bir olduqda heç bir güc Azərbaycanın qarşısında dura bilməz.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:415
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Sentyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri