Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Dövlətçiliyimizin və mənəvi birliyimizin simvolu ŞƏRH

Dövlətçiliyimizin və mənəvi birliyimizin simvolu ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər bir xalqı dünyada tanıdan, onun tarixini, mədəniyyətini, mənəvi dəyərlərini və milli kimliyini gələcək nəsillərə ötürən ən böyük sərvət ana dilidir. Dil sadəcə ünsiyyət vasitəsi deyil. O, xalqın düşüncə tərzini, dünyagörüşünü, milli yaddaşını və mənəvi irsini yaşadan müqəddəs xəzinədir. Tarix boyu müxtəlif çətinliklərdən keçmiş Azərbaycan xalqı öz ana dilini qoruyaraq milli varlığını və dövlətçilik ənənələrini bu günə qədər yaşatmağı bacarmışdır.

Məhz buna görə də hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ölkəmizdə böyük ehtiramla qeyd olunur. Bu əlamətdar gün xalqımızın ana dilinə, milli-mənəvi dəyərlərinə, mədəni irsinə və dövlətçilik ənənələrinə verilən yüksək qiymətin ifadəsidir.

Azərbaycan dili yüzillər boyu Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Bəxtiyar Vahabzadə və digər böyük söz ustalarının əsərlərində daha da zənginləşmiş, inkişaf etmiş və dünya mədəniyyətinə öz töhfəsini vermişdir. Bu dil xalqımızın milli ruhunu, tarixini və mənəviyyatını özündə yaşadan əvəzsiz sərvətdir.

Azərbaycan dili minilliklər boyu müxtəlif əlifbalardan istifadə etmişdir. Tarixi inkişaf prosesində ərəb, latın və kiril qrafikalı əlifbalar tətbiq olunmuşdur. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə latın qrafikasına keçidlə bağlı mühüm təşəbbüslər irəli sürülsə də, sovet hakimiyyəti illərində əvvəlcə latın, daha sonra isə kiril əlifbası tətbiq edildi.

Müstəqillik əldə edildikdən sonra milli-mənəvi dəyərlərə qayıdış prosesi başladı. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, dünya ilə inteqrasiyanın genişləndirilməsi və milli kimliyin daha aydın ifadəsi məqsədilə latın qrafikalı Azərbaycan əlifbasına keçid dövlət siyasətinin mühüm istiqamətlərindən biri oldu. Bu mühüm tarixi qərar Azərbaycanın müstəqil dövlət kimi gələcəyinə hesablanmış strateji addımlardan biri idi.

Azərbaycan dilinin inkişafı, dövlət dili kimi möhkəmləndirilməsi və latın qrafikalı əlifbanın tam tətbiqi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev bütün siyasi fəaliyyətində Azərbaycan dilinə xüsusi diqqət göstərmiş, ana dilini milli dövlətçiliyin əsas sütunlarından biri hesab etmişdir. Hələ sovet dövründə, 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması böyük siyasi uzaqgörənliyin və milli iradənin nəticəsi idi. O dövrdə SSRİ məkanında bu cür addımı atmaq olduqca mürəkkəb və məsuliyyətli məsələ idi. Lakin Heydər Əliyev xalqın milli maraqlarını hər şeydən üstün tutaraq Azərbaycan dilinin hüquqi statusunun qorunmasına nail oldu.

Müstəqillik illərində də Ulu Öndər ana dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Onun təşəbbüsü ilə Azərbaycan dilinin tətbiq dairəsi genişləndirildi, dövlət idarəçiliyində, təhsildə, elmdə və informasiya məkanında ana dilinin istifadəsi daha da gücləndirildi.

2001-ci il 9 avqust tarixli Fərmanı ilə Azərbaycan əlifbasının latın qrafikasına keçidi tam təmin edildi. Bundan əvvəl isə 2001-ci il 18 iyun tarixli Fərmanla ölkədə bütün rəsmi yazışmaların, dövlət sənədlərinin və nəşrlərin latın qrafikası ilə aparılması qərara alındı. Eyni zamanda Ulu Öndərin 9 avqust 2001-ci il tarixli digər Fərmanı ilə 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. Bu qərar ana dilimizin inkişaf tarixində mühüm dönüş nöqtəsi oldu.Heydər Əliyev ana dili haqqında deyirdi: "Azərbaycan dili bizim milli sərvətimizdir, milli iftixar mənbəyimizdir. Hər bir azərbaycanlı öz ana dilini mükəmməl bilməli, onu qorumalı və gələcək nəsillərə çatdırmalıdır." Bu fikir bu gün də Azərbaycan dil siyasətinin əsas ideoloji istiqamətlərindən biri hesab olunur.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ana dilinin qorunması və inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dilinin beynəlxalq nüfuzu daha da artmışdır. Dövlət idarəçiliyində, diplomatiyada, elm və təhsildə Azərbaycan dilinin mövqeyi möhkəmləndirilmiş, dilimizin informasiya texnologiyalarında, elektron resurslarda və rəqəmsal mühitdə tətbiqi genişləndirilmişdir.

Prezident İlham Əliyevin imzaladığı mühüm sərəncam və fərmanlar ana dilimizin qorunmasına xidmət edir. Xüsusilə Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarına əməl olunması, televiziya və radio məkanında düzgün dil istifadəsinin təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının təşəbbüsü ilə yüz minlərlə kitab latın qrafikası ilə yenidən nəşr edilmiş, klassik və müasir Azərbaycan ədəbiyyatı geniş oxucu auditoriyasına çatdırılmışdır. Kitabxanalar yeni nəşrlərlə zənginləşdirilmiş, məktəblər və ali təhsil müəssisələri müasir dərsliklərlə təmin olunmuşdur.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan dili xalqımızın milli sərvətidir və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı məhz ana dili vasitəsilə milli kimliyini qoruyur, Vətənlə mənəvi bağlarını gücləndirir.

Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili olmaqla yanaşı, xalqımızın milli təhlükəsizliyinin, ideoloji birliyinin və dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsidir.

Qloballaşan dünyada müxtəlif dillərin təsiri artsa da, Azərbaycan dili öz zəngin lüğət tərkibi, ahəngdarlığı və ifadə imkanları ilə inkişafını davam etdirir. Yeni terminlərin yaradılması, elmi dilin zənginləşdirilməsi və müasir texnologiyalara uyğunlaşdırılması istiqamətində ardıcıl işlər görülür. Azərbaycan dili artıq beynəlxalq tədbirlərdə, nüfuzlu təşkilatlarda, diplomatik platformalarda və beynəlxalq konfranslarda qürurla səslənir. Bu isə Azərbaycanın dünyada artan nüfuzunun göstəricilərindən biridir.

Ana dilini qorumaq yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə gənclər Azərbaycan dilinin zənginliyini öyrənməli, onu düzgün danışmalı, düzgün yazmalı və gündəlik həyatlarında ədəbi dil normalarına riayət etməlidirlər.

Sosial şəbəkələrdə, mediada və rəqəmsal platformalarda dilimizin saflığını qorumaq bugünkü dövrün mühüm vəzifələrindən biridir.

1 Avqust təkcə əlifba dəyişikliyinin ildönümü deyil. Bu tarix xalqımızın öz milli köklərinə, dövlətçilik ənənələrinə, mədəniyyətinə və ana dilinə bağlılığının rəmzidir.

Bu gün biz dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan dilinin müasir dövrün çağırışlarına uyğun inkişaf etdiyini və dünya azərbaycanlılarını birləşdirən əsas mənəvi körpüyə çevrildiyini qürur hissi ilə müşahidə edirik. Azərbaycan dili bizim milli kimliyimizdir, tariximizdir, mənəviyyatımızdır və gələcəyimizdir. Bu dili qorumaq, zənginləşdirmək, gələcək nəsillərə saf şəkildə çatdırmaq hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, ana dilimizin daim uca tutulmasını, Azərbaycan dövlətinin və xalqının əbədi varlığı ilə birlikdə əbədi yaşamasını arzulayırıq.

Sitarə Babayeva

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 İyul 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri