Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə sentyabrın 16-da hərrac keçiriləcək.
ƏMDX-dən Modern.az-a bildirilib ki, hərracda İsmayıllı rayonunda yerləşən “Girdimançay-I” (13.0 ha) qum-çınqıl yatağı investorlara təklif olunacaq.
İddiaçılar hərracda iştirakla bağlı sənədləri sentyabrın 9-da saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 07 Avqust 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















