Icma.az
close
up
RU
Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştin yenidən məhkəmə qarşısında

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştin yenidən məhkəmə qarşısında

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.


Qeyd: Ötən il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.


Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülmüşdür. Hacı Əli Əliyev ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacı Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
 

Kamal Məmmədov 

seeBaxış sayı:100
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri