Icma.az
close
up
RU
“Dövlətimiz dünyada dostluğa və əməkdaşlığa önəm verir”

“Dövlətimiz dünyada dostluğa və əməkdaşlığa önəm verir”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq münasibətlər sisteminin yeni çağırışları meydana gəlir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətin önəmindən asılıdır. Səmərəli və praqmatik müstəqil siyasət milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və enerji təhlükəsizliyi ilə bağlı qlobal narahatlıqlar beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb: “Belə bir mürəkkəb, çoxqütblü mühitdə müstəqil və çevik xarici siyasət yürütmək, milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etmək hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitliyə və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal nümunə kimi çıxış edir. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu həm regional sabitliyin təmin olunmasında, həm də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır: “Prezident İlham Əliyevin praqmatik düşüncəyə və milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycana beynəlxalq müstəvidə mühüm uğurlar qazandırıb.Şuşada keçirilən IV Qlobal Media Forumunda Prezident İlham Əliyevə dünya mediasının nümayəndələrinin ünvanladığı sualların böyük hissəsi Azərbaycanın xarici siyasəti, müxtəlif ölkələrlə əməkdaşlığı, eləcə də beynəlxalq miqyasda baş verən hadisələrlə bağlı idi. Dövlətimizin başçısı bütün suallara ətraflı, geniş şəkildə cavablandırdı. Dünya KİV-lərinin nümayəndələrinə aydın oldu ki, Azərbaycan balanslaşdırılmış və milli maraqlara əsaslanan  xarici siyasət yürütməklə uğurlar qazanır. Dövlətimiz dünyada dostluğa və əməkdaşlığa önəm verir.   

Hazırkı mürəkkəb beynəlxalq münasibətlər fonunda Rusiya, ABŞ və Çin kimi qlobal və regional aktorlarla əlaqələrdə balansın qorunması ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirir. Bu balanslaşdırılmış siyasət Azərbaycanı etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi təqdim edir. Nəzərə alaq ki, ötən dövrdə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, Qoşulmama Hərəkatına bir neçə il uğurla sədrlik edib və digər beynəlxalq platformalarda fəallığı ilə fərqlənib. O cümlədən, ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının işində də fəal iştirak edir. Azərbaycan bu ilin əvvəlində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvlərindən biri olmaqla tarix yazdı.

Əlbəttə, belə faktların sayını kifayət qədər artırmaq olar. Lakin reallıq budur ki, Azərbaycan özünün balanslaşdırılmış xarici siyasəti ilə qlobal güclər tərəfindən qəbul olunan etibarlı tərəfdaşdır.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyində də etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib ki, bu da geosiyasi qeyri-sabitlik dövründə xüsusi əhəmiyyət daşıyır. “Cənub Qaz Dəhlizi” kimi irimiqyaslı layihələrin reallaşdırılması Avropa üçün enerji təchizatının şaxələndirilməsinə və bu qitənin ölkələri ilə strateji tərəfdaşlığın güclənməsinə mühüm töhfə verib.

Azərbaycanın strateji mövqeyi, zəngin enerji ehtiyatları, tarazlı və praqmatik diplomatik fəaliyyəti ölkəmizi qlobal əməkdaşlıqda mühüm tərəfdaşlardan birinə çevirib. Bütövlükdə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu müvafiq ölkələrlə əməkdaşlığın daha da dərinləşməsinə təkan verir. Sadalanan faktların, xarici siyasətdə uğurların dünya ictimaiyyətinə çatdırılmasında isə Şuşa Qlobal Media Forumu vacib rol oynayır”, - Samir Vəliyev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyul 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri