Icma.az
close
up
RU
Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? Rejissordan sərt tənqid

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? Rejissordan sərt tənqid

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

"33 ildən sonra nəşinin qalıqları tapılan növbəti şəhid dəfn olunub... Azad olunmuş torpaqlara ilk sakinlər köçür, 30 il Bakıda yaşayandan sonra Qarabağa gedirlər... Qarabağ separatist rejimlərin rəhbərləri Bakıda mühakimə olunurlar, bizə paradlarla acıq verənlər bizim türmədə yatırlar... Bütün bunlar onlarla sənədli filmin mövzusudur. Çəkilir onlar? Başlanıb çəkilməyə? Yox".

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov sosial media hesabında yazıb.

O, "Salnaməfilm"in bağlanmasına da münasibət bildirib:

"Mədəniyyət Nazirliyi milli qəhrəmanlar haqda onlarla filmi çəkən studiyanın maliyyələşməsini dayandırdı, halbuki yuxarıda sadaladığım mövzular məhz "Salnaməfilm"in funksiyasıdı. Bəhanə - nazirlik törəmə təşkilatı maliyyələşdirə bilməz. Yaxşı törəməni maliyyələşdirə bilməz, "Azad Qarabağın ilk sakinləri" sənədli filmlər silsiləsi proqramını özəl studiyalara sifariş verə bilərsiniz? "30 ildən sonra vətəninə qayıdan şəhid" sənədli filmlər silsiləsi proqramını sifariş verə bilərsiz?

Rejissorun yazdığına görə "Atropatena" layihəsi İranla münasibətləri şübhə altına ala bilər:

"Atropatena" kimi aktual olmayan, tarixi cəhətdən hələ də mübahisə doğuran, İranla münasibətlər cəhətdən şübhəli, layihənin təşəbbüskarının indidən başını ağrıdan və bundan sonra daha da çox ağrıdacaq layihəyə 1 milyon ayırmağa imkan tapırsınız, amma gözünüzün qabağında baş verən canlı tarixin salnaməsini yaratmırsınız. 30 il Şuşa görməyən, Ağdamı, Əliyar Əliyevi, Vəzir Orucovu tanımayan gənclərə o torpaqları, o qəhrəmanları sənədli kinomuz tanıtdı, sənədli kinomuz vasitəsilə onlar Vəziri, Əlyarı görüb, Şuşanı sevib torpaqlar uğrunda canlarından keçdilər, 30 il 10 milyonluq toplum bu 30 ildə çəkilmiş sənədli filmlər və verilişlər vasitəsilə Qarabağı unutmadı, Ali Baş Komandanın əmrinə hazır oldu, bəs siz nə edirsiniz? İndi 5-10 yaşı olan nəsil Qarabağın nəyin bahasına azad olduğunu hardan biləcəklər? Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyi barı "Görünməyən qəhrəmanlar" silsiləsini sifariş verib nəyisə etdi, indikilər, nə edirsiniz? Birinci dəfə deyil, "Salnaməfilm"in bağlanmasını mahiyyətdə isə həmin studiyanın yerinə yetirdiyi funksiyasını heç kimin yerin yetirməməsinin nə qədər təhlükəli olduğunu demişik, nə etmisiniz?

O, həmçinin "Azıx mağarası" sənədli filminə 1 milyon manat vəsait ayrılmasına da toxunub:

"Azıx mağarası" sənədli filminə 1 milyon vəsait ayırmısınız? Şəhidlər, azad torpaqların ilk sakinləri, qələbəmizin arxasında duran diplomatik triumf, atasız, qardaşsız, ərsiz qalan şəhid ailələri, yeni nəsilə 2-ci Qarabağ savaşının salnaməsini çatdırmaq qalıb, əcnəbi şirkətə 1 milyon köçürürsünüz? Ciddisiniz?

Cabbarov "Milli qəhrəmanlar" sənədli serialını bağlatdıranları məsuliyyətsiz adlandırıb:

"Yaşadığımız hər gün bir salnamədir, onların əks olunmaması cinayətdi, bu unikal durumu sonra heç bir bədii film bərpa edə bilməyəcək. Məmur kimi qoyum bir qırağa, 30 ildən sonra şəhidinə qovuşan ailəni görəndə demirsiz ki, ay Allah nə gözəl bir yox, bir neçə filmin mövzusudu? Bakıda yaşamağa öyrəşmiş adam işini-gücün atıb gedir Ağalıya, ruhunuz coşmur onda? Demirsiz, bütün bunlar kino mövzusudu və dövlət mənə tapşırıb bunun həkk edilməsini, buna görə "Salnaməfilm" studiyası yaradıb, mən də onu bağlamışam, əvəzində də adıçəkilən funksiyanı gerçəkləşdirən heç bir filmi istehsala buraxmamışam? Gecə evə gedəndə özününzə sual verirsiniz ki,"Milli qəhrəmanlar" sənədli serialı var idi, mən onu bağlatdırdım əvəzində nə etdim? Milli qəhrəmanlarımız yoxdu, dövlət ancaq 2024-cü ildə 10 milyon 500 min pul ayırmayıb kinoya, ya məmur kimi yüngül desəm, məsuliyyətiniz yoxdu?"

Stiven Kinqin ən çox sevdiyi filmlər - Siyahı Məşhur türk aktrisa vəfat etdi Müstəqillik dövrünün ən yaxşı beş hekayəsi hansılardır? - Yazıçılar cavab verdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri