Icma.az
close
up
RU
“Dövlətlər artıq rəqəmsal sərhədlərini də qorumağa məcburdurlar“ Deputat

“Dövlətlər artıq rəqəmsal sərhədlərini də qorumağa məcburdurlar“ Deputat

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

 “XXI əsrin ikinci rübündə dünya yeni texnoloji transformasiya mərhələsinə daxil olub. Əgər ötən onilliklərdə dövlətlərin gücü daha çox təbii sərvətlər, hərbi potensial və maliyyə imkanları ilə ölçülürdüsə, bu gün həmin meyarlar sürətlə dəyişir. Müasir beynəlxalq münasibətlər sistemində rəqabətin əsas istiqamətlərindən biri artıq süni intellekt texnologiyaları, rəqəmsal infrastruktur, böyük verilənlər bazası, yüksək hesablama gücü və innovasiya ekosistemidir. Başqa sözlə, süni intellekt tədricən iqtisadi inkişafın alətindən çıxaraq dövlətlərin strateji güc elementinə çevrilir. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirdiyi fikirlər xüsusi diqqət çəkir. Onun vurğuladığı kimi, “Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir".

Bu yanaşma əslində təkcə texnologiyanın inkişafını deyil, dünyada formalaşan yeni geosiyasi reallığı əks etdirir”. 

Bu fikirləri Moderator.az-a Milli Məclisin deputatı Sevinc Fətəliyeva açıqlamasında bildirib. 

Deputat bildirib ki, bu gün ABŞ, Çin, Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya və Körfəz ölkələri süni intellekti milli inkişaf strategiyalarının mərkəzinə yerləşdirirlər. Milyardlarla dollar həcmində investisiyalar ayrılır, milli süni intellekt proqramları qəbul edilir, yeni tədqiqat mərkəzləri yaradılır. Çünki artıq aydın görünür ki, gələcəyin iqtisadi və siyasi üstünlüyünü yalnız zəngin təbii ehtiyatlara malik olmaq deyil, yüksək texnologiyalar yaratmaq və onları idarə etmək bacarığı müəyyən edəcək. Məhz bu qlobal transformasiya fonunda Azərbaycanın həyata keçirdiyi siyasət xüsusi diqqət çəkir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə rəqəmsal transformasiya dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması, rəqəmsal iqtisadiyyatın inkişafı, kibertəhlükəsizliyin gücləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar Azərbaycanın regionun rəqəmsal inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradıb. 

Bu gün ölkənin bu sahədə əldə etdiyi nəticələr məqsədyönlü dövlət siyasətinin, uzunmüddətli strateji baxışın və gələcəyə hesablanmış inkişaf modelinin məntiqi nəticəsi kimi qiymətləndirilir.

Bu strateji kursun həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Onun sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası göstərdi ki, Azərbaycanda rəqəmsallaşma artıq yalnız texnoloji yenilənmə deyil. Bu proses dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, innovasiyaların təşviqi, insan kapitalının inkişafı, rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması və milli təhlükəsizliyin möhkəmləndirilməsi ilə birbaşa bağlı strateji prioritet kimi qiymətləndirilir. Birinci vitse-prezident tərəfindən süni intellektin inkişafı ilə bağlı səsləndirilən yanaşmalar qlobal çağırışların düzgün qiymətləndirildiyini və Azərbaycanın bu istiqamətdə qabaqlayıcı mövqe tutmaq əzmində olduğunu nümayiş etdirir.

“Əslində, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ilə Birinci vitse-prezident Mehriban Əliyevanın koordinasiya etdiyi institusional yanaşma bir-birini tamamlayaraq ölkədə rəqəmsal transformasiyanın sistemli şəkildə həyata keçirilməsini təmin edir. Bu siyasətin əsas məqsədi yalnız müasir texnologiyaların tətbiqi deyil, Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyatının formalaşdırılması, rəqəmsal suverenliyin təmin olunması, insan kapitalının gücləndirilməsi və ölkənin qlobal texnoloji proseslərdə layiqli yer tutmasıdır. Dünya yeni texnoloji yarış mərhələsinə daxil olub. Əgər XX əsrdə əsas rəqabət kosmosun fəthi, nüvə texnologiyaları və sənaye potensialı uğrunda gedirdisə, XXI əsrdə bu yarış süni intellekt, kvant hesablamaları, yarımkeçirici texnologiyalar və rəqəmsal platformalar ətrafında formalaşır. Bu isə dövlətlərin inkişaf prioritetlərini köklü şəkildə dəyişir”.

Sevinc Fətəliyeva əlavə edib ki, süni intellektin əhəmiyyəti yalnız iqtisadiyyatla məhdudlaşmır. Bu gün süni intellekt milli təhlükəsizlik məsələlərinin də ayrılmaz hissəsinə çevrilib:

"Məhz buna görə Mehriban Əliyeva çıxışında süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolunun artdığını xüsusi vurğuladı. Bu fikrin arxasında kifayət qədər ciddi beynəlxalq reallıqlar dayanır. Artıq müasir münaqişələr yalnız hərbi əməliyyatlarla məhdudlaşmır. Kiberhücumlar, kritik infrastrukturun sıradan çıxarılması cəhdləri, dövlət informasiya sistemlərinə müdaxilə, maliyyə sektoruna qarşı rəqəmsal hücumlar, dezinformasiya kampaniyaları və süni intellekt vasitəsilə hazırlanan saxta görüntü və səslər təhlükəsizlik anlayışının məzmununu dəyişir. Bu gün dövlətlər təkcə quru, hava və dəniz sərhədlərini deyil, rəqəmsal sərhədlərini də qorumağa məcburdurlar.

Xüsusilə “deepfake” texnologiyalarının sürətli inkişafı informasiya təhlükəsizliyi üçün tamamilə yeni risklər yaradır. Süni intellekt vasitəsilə hazırlanan saxta çıxışlar, videolar və fotoşəkillər ictimai rəyə təsir göstərmək, siyasi sabitliyi pozmaq və beynəlxalq münasibətlərdə gərginlik yaratmaq üçün istifadə oluna bilir. Bu səbəbdən süni intellektdən səmərəli istifadə ilə yanaşı, onun yaratdığı risklərin idarə olunması da dövlət siyasətinin vacib istiqamətinə çevrilir.
Deputatın fikrincə, Azərbaycan üçün də bu proses xüsusi aktuallıq daşıyır. Son illərdə ölkəmiz informasiya müharibələrinin və kiberhücumların yaratdığı çağırışlarla üzləşib. Vətən müharibəsi dövründə informasiya məkanında aparılan mübarizə göstərdi ki, müasir qarşıdurmalarda informasiya üstünlüyü ənənəvi hərbi üstünlük qədər əhəmiyyətlidir. Süni intellekt texnologiyalarının inkişafı fonunda bu istiqamətdə hazırlığın daha da gücləndirilməsi strateji zərurət kimi çıxış edir. Digər tərəfdən, süni intellekt Azərbaycanın iqtisadi inkişaf modeli baxımından da yeni imkanlar açır. Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi şaxələndirmə siyasəti çərçivəsində qeyri-neft sektorunun inkişafı, innovasiya iqtisadiyyatının formalaşdırılması və rəqəmsal transformasiya prioritet istiqamətlər kimi müəyyən edilib. Süni intellekt isə bu strategiyanın məntiqi davamı olmaqla yanaşı, ölkənin uzunmüddətli rəqabət qabiliyyətinin təmin edilməsində mühüm rol oynayacaq".

Millət vəkili vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş telekommunikasiya infrastrukturu, beynəlxalq nəqliyyat və rəqəmsal bağlantı layihələrində fəal iştirakı ölkəni regionun rəqəmsal və innovasiya mərkəzlərindən birinə çevirmək üçün əlverişli imkanlar yaradır: 

“Orta Dəhlizin inkişafı ilə paralel olaraq rəqəmsal dəhlizlərin formalaşdırılması da Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Müasir dövrdə rəqəmsal suverenlik anlayışı da getdikcə daha böyük əhəmiyyət qazanır. Əgər əvvəllər dövlətlərin müstəqilliyi əsasən siyasi və enerji təhlükəsizliyi prizmasından qiymətləndirilirdisə, bu gün məlumatların qorunması, milli rəqəmsal infrastrukturun formalaşdırılması, kibertəhlükəsizliyin təmin edilməsi və süni intellekt texnologiyalarına sahib olmaq da dövlət suverenliyinin mühüm komponentlərinə çevrilir. Lakin rəqəmsal transformasiyanın əsas hərəkətverici qüvvəsi texnologiyanın özü deyil, insan kapitalıdır.

Buna görə də təhsil sisteminin müasir çağırışlara uyğunlaşdırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi və innovativ düşüncəyə malik gənc nəslin formalaşdırılması Azərbaycanın gələcək inkişaf strategiyasının əsas sütunlarından biri hesab olunur.

Bugünkü qlobal rəqabət şəraitində süni intellekt artıq, sadəcə innovasiya deyil, iqtisadi inkişafın, milli təhlükəsizliyin və geosiyasi nüfuzun əsas elementlərindən birinə çevrilib. Süni intellektə vaxtında investisiya yatıran, müasir hüquqi baza formalaşdıran və insan kapitalını inkişaf etdirən dövlətlər gələcəyin iqtisadi və texnoloji liderləri olacaqlar. Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl siyasət göstərir ki, ölkə bu qlobal transformasiyada passiv müşahidəçi deyil, yeni texnoloji reallıqlara uyğun inkişaf modelini formalaşdıran dövlətlər sırasında yer almağı qarşıya strateji məqsəd kimi qoyub”.

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 İyun 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri