Döyüş yoldaşını öldürməyə cəhd edən qaziyə hökm oxundu
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində döyüş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Vətən müharibəsi qazısı Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Hüseynov 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il Masazır qəsəbəsində baş verib. Müharibə veteranı Orxan Hüseynov döyüş yoldaşı Orxan İmanovu qısqanclıq zəminində bıçaqlayıb. O, Orxan İmanovun guya onun həyat yoldaşı ilə sevgili olduğunu zənn edib və bu məqsədlə Orxanı öldürməyə qərar verib. Müharibədə psixoloji travmalar alan Orxan Hüseynov Orxan İmanovun evinə gələrək onu həyətə çağırıb. Həyətdə söhbət zamanı mübahisə yaranıb. Nəticədə O.Hüseynov O.İmanovu həyat yoldaşı və azyaşlı uşağının gözü qarşısında bıçaqlayıb. Hadisə zamanı O. İmanov 9 bıçaq zərbəsi alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən O.Hüseynov saxlanılıb.
Samir Əli
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:84
Baxış sayı:84 Bu xəbər 13 İyun 2025 09:24 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 13 İyun 2025 09:24 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















