Həyat yoldaşını öldürməyə cəhd edən şəxsə HÖKM OXUNDU
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Gəncədə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Zaur Süleymanov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Zaur Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 14-ü baş verib. Zaur Süleymanov həyat yoldaşı Aytən Süleymanova ilə yaşadıqları evdə mübahisə edib və ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Aytən Süleymanovanın həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.(apa)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 28 Mart 2025 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















