Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Döyüş yoldaşlarının həyatını xilas edən qəhrəman şəhid Nuran Mirzəyev

Döyüş yoldaşlarının həyatını xilas edən qəhrəman şəhid Nuran Mirzəyev

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Quba, 15 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Nuran Mirzəyev Vətən müharibəsi başlayanda səfərbərlik çağırışı əsasında cəbhəyə yola düşüb. Sentyabrın 29-da Cəbrayıl istiqamətindən başlayaraq Qubadlı cəbhəsinədək rəşadətlə döyüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nuran Akif oğlu Mirzəyev 1999-cu ildə Quba rayonunun Dağlı kəndində dünyaya göz açıb. Qımıl kənd tam orta məktəbini bitirdikdən sonra Quba Peşə Liseyində təhsil alıb. Hərbi xidmətini 2019-cu ildə başa vuran Nuran cəbhəyə yollananadək Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Quba xidmət sahəsində çalışırdı. Ailənin tək oğlu, iki bacının bir qardaşı idi.

“Nuran hərbi xidmətdə manqa komandiri kimi nümunəvi qulluq etmişdi. Vətən müharibəsi başlayanda Ali Baş Komandanın çağırışına səs verərək döyüşlərə qoşuldu. 2020-ci il sentyabrın 29-da onu cəbhəyə yola saldıq. Nuran Füzuli, Cəbrayıl və Qubadlı rayonları uğrunda döyüşlərdə qəhrəmanlıqla savaşıb. Axırıncı dəfə oktyabrın 18-də danışdıq. Hamımızdan halallıq istədi. “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim” misralarını söylədi. Səhəri günü yaralanması xəbərini aldıq. Beyləqana getdim. Nuran yaralıların yox, şəhidlərimizin arasında idi. Üstündə örtük vardı. Qucaqladım oğlumu, cansız bədəninə sarıldım. Gözləri açıq, təbəssümü donmuşdu. Oğlumla qürur duyuram, Vətən yolunda şəhid oldu. Allah bütün şəhidlərə rəhmət eləsin”, - deyə şəhidin atası Akif Mirzəyev söyləyib.

Döyüş yoldaşlarının söylədiyinə görə Nuran əməliyyatların birində düşmən tərəfindən minalanmış ərazini aşkarlayaraq silahdaşlarının həyatını xilas etməyi bacarıb. 21 yaşlı Nuran oktyabrın 19-da Qubadlı uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

“Nuran döyüşlərdə komandirləri ilə birlikdə həmişə ön sırada olub. Komandirləri dəfələrlə bizim qonağımız olub. Nuran haqqında xoş xatirələrini bizimlə bölüşüblər. Hərbçi yoldaşları onun döyüş yolu haqqında fəxrlə danışırlar. Düşmənlə savaşda şücaət göstərib. Döyüşlərin birində Cəbrayıl istiqamətində taqım ilə irəliləyərkən minalanmış sahəyə girəndə Nuran bunu hiss edib. Döyüş yoldaşlarını vaxtında xəbərdar edib, geri çəkilmələrini istəyib. Sonra həmin minalar zərərsizləşdirilib. Bizimlə danışanda elə ruh yüksəkliyi ilə danışırdı ki, elə bil toy-bayramdadır. Torpaqlarımızın azad olunduğunu, qələbə qazanacağımızı fəxrlə söyləyirdi. Biz bu gün şəhidlərimizin sayəsində alnıaçıq, başımız dik gəzə bilirik”, - deyə şəhid bildirib.

Şəhid Nuran Mirzəyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarla təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see210

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see195

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see162

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see158

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see146

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see145

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see145

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see142

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see141

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri