Döyüş yoldaşını xilas edərkən şəhid oldu
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi ən mürəkkəb, dağlıq vər meşəlik ərazilərdəki kəşfiyyat-hücum əməliyyatlarının önündə gedən cəsur zabitlərimizdən biri — baş leytenant Sadıqlı Məmmədhəsən Meydan oğludur. O, peşəkar komando hazırlığı, yüksək nizam-intizamı və əsgərlərinə olan ata qayğısı ilə seçilən, 27 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Zərdanaşen kəndi istiqamətində Şuşaya doğru irəliləyərkən yaralı döyüş yoldaşını meydandan çıxararkən şəhadət zirvəsinə ucalan qəhrəmanımızdır.
Məmmədhəsən 1992-ci il 21 fevralda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olub. 1998-ci ildə Dəmirçi kənd 1 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. Məktəbdə təhsil aldığı muddət ərzində idmanın sərbəst-güləş növü ilə məşğul olub. Və bir çox yarışlarda qalib gəlib.
2007-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2010-cu ildə isə burani bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2014-cü ildə buradan məzun olub və leytenant hərbi rütbəsini alıb. 1 il Silahlı Qüvvələrin TTM-də zabit ixtisas kursunu keçib. 2015-ci ildə isə təyinatı üzrə Muxtar Respublikaya – Culfaya göndərilib. 2017-ci ildə baş leytenant rütbəsini alıb.
Xidməti ərzində Günnüt döyüşlərində iştirak edib. Günnütdə böyük şücaətlər görsətdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə hərbi xidmətdə fərqlənməyə görə baş leytenant Sadıqlı Məmmədhəsən “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal, həmçinin həmin tarixdə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
2018-ci ildə Türkiyədə Komando Təməl Kursunu Azərbaycan üzrə müvəffəqiyyətlə və birinciliklə bitirib. Daha sonra isə 2019-cu ildə baş leytenant Sadıqlı Məmmədhəsən Əlahiddə Ümumqoşun ordu üzrə "Ən yaxşı kəşfiyyat (XT) bölüyü" yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub.
Hərb sahəsində olduğu müddətdə dəfələrlə sərbəst güləş yarışlarında iştirak edərək böyük nailiyyətlər əldə edib.2020-ci il sentyabrın 27-də başlamış İkinci Qarabağ Savaşında Naxçıvan XTQ heyəti ilə birlikdə 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətində yola düşüb. Oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Füzuli, Cəbrayıl, Xocavənd vər Şuşa istiqamətindəki dağlıq marşrutlarda düşmənin bir neçə strateji dayağını və postunu darmadağın edərək azad olunmasında şəxsi igidlik göstərib.
27 oktyabr 2020-ci il tarixində Xocavənd rayonunun Zərdanaşen kəndi yaxınlığında Şuşa istiqamətində irəliləyərkən şiddətli döyüşə girib. Yanındakı yaralı əsgərini döyüş meydanından təhlükəsiz zonaya çıxarmaq istəyərkən düşmənin namərd atəşi nəticəsində qəhrəmancasına şəhid olub. Şərur rayon Şəhidlər xiyabanında dəfn edilib.
2014-cü ildə ailə həyatı qurub və Uğur adında bir övladı yadigar qalıb.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Məhəmmədhəsən Sadıqlı ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" "Xocavəndim azad olunmasına görə" medalları ilə təltif edilib.
Baş leytenant Məmmədhəsən Sadıqlı öz peşəkarlığı, komando mərdliyi və əsgərini xilas edərkən göstərdiyi ali fədakarlığı ilə Zəfər tariximizə adı qızıl hərflərlə yazılmış cəsur komandirdir. Bu gün şəhadət günündə qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad edirik!
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 27 Oktyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















