Hikmət Mirzəyev şəhid Camal İsmayılovun oğlu ilə FOTO
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Hikmət Mirzəyevin Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun oğlu Alparslanla fotosu yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, fotoda Hikmət Mirzəyev şəhidin oğlu ilə bir arada görüntülənib.
Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. O, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib, Aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsində iştirak edib.
2020-ci il oktyabrın 19-da Qubadlı istiqamətində gedən ağır döyüşlərdə şəhid olan Camal İsmayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. O, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, Camal İsmayılov şəhid olduqdan sonra, 2021-ci il fevralın 12-də oğlu dünyaya gəlib. Atasının arzusuna uyğun olaraq körpəyə Alparslan adı verilib. Şəhidin iki qızı da var.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 07 Noyabr 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















