Icma.az
close
up
RU
VƏTƏNİN QƏHRƏMAN OĞLU Şəhid Mahir Paşayevin həyat və döyüş yolu

VƏTƏNİN QƏHRƏMAN OĞLU Şəhid Mahir Paşayevin həyat və döyüş yolu

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad rayonu, Əsədli kəndində boya-başa çatan Mahir Bəxtiyar oğlu Paşayev İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalaraq  milyonların ürəyində  özünə əbədi məkan qurub. Fəqət, Mahir həm də 30 il düşmən tapdağında qalan cənnət məkan Qarabağımızın  mərd xilaskar ərənləri kimi tarixin yaddaşında  silinməz iz qoyub. Elə  bütün bunlara görə  onun yaşadığı 23 illik ömür yolu doğma Azərbaycanına, millətinə  başdan-başa ilahi bir sevgidir. Mahir torpaq, Vətən yolunda ölməklə bizim üçün ən müqəddəs bir varlığa dönərək əlçatmaz göylərə ucaldı.

O, kənd məktəbini bitirəndə birinci amalı Vətən torpağını qorumaq və mübarizliklə düşmənə qalib gəlib Qarabağı azad etmək olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.  Müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib, vətənpərvər oğul olaraq əsgərlər arasında sayılıb tanınıb. İştirak etdiyi təlimlərdə  də bütün sınaqlardan uğur qazanıb.  Qəlbində  erməni quldurlardan  intiqam, qisas almaq alovu get-gedə güclənən Mahir hərbi sirlərinə mükəmməl yiyələnib.  Və ən əsası  cəbhə xətində yağı düşmənlə qarşı-qarşı dayanmış igid əsgər hər an Vətən torpaqların azadlığı naminə döyüşə atılmağa məqam gözləyib.

 2016-cı ilin Aprel döyüşlərində Mahir Paşayev birincilər sırasında silaha sarılıb erməni dığalarına qarşı ölüm-dirim mübarizəsinə girib. İlk gündən  çoxlu canlı qüvvəsinin, texnikasının axırına çıxmaqla  onları lərzəyə salıb. Lələ təpədə üçrəngli qələbə bayrağımız ucalananda bir daha doğma Azərbaycanın hər qarışına ürəkdən bağlanıb. Mərdliyi, qəhrəmanlığı əsgər yoldaşlarına nümunə olan Mahir Paşayevə kiçik çavuş rütbəsi verilib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahir Paşayev Vətən müharibəsində isə əsl qəhrəmanlıq  salnaməsini yaradıb.  Füzulinin,  Xocavəndin azadlığı uğrunda gedən haqq savaşımızda can qoyub, müharibə meydanında yağıya qan uddurub. Döyüşdən-döyüşə Vətənə olan sonsuz məhəbbətini dığaların kabusuna çevrilməklə göstərib.  Ağır müharibə meydanında yaxşı vuruşmaqla bərabər, həm də   çiyin-çiyinə döyüşən əsgərlərə  mənəvi dayaq durub, şəxsi şücaəti hesabına  onlarda  böyük qələbəyə inam yaradıb.   Mahir Paşayev oktyabrın 9-da Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmənlə son damla qanına qədər vuruşub  şəhidlik zirvəsinə ucalıb.   

Vətənin yaşaması naminə canını fəda edən, şəhidliyi bütün millətə başucalığı olan Mahir Paşayev ölümündən sonra  dövlət tərəfindən bir sıra medallara layiq görülüb. Rəşadətli döyüş yolunda göstərdiyi şücaətə verilən  təltiflər arasında  "Vətən uğrunda", "İgidliyə görə", Cəbrayılın, Kəlbəcərin, Xocavəndin və Qubadlının azadlığı medalları da vardır.

Zəfər  ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri