Icma.az
close
up
RU
“Döyüşçüləri evə göndərirlər ki...” Putinin adamı danışıqların pərdəarxasını açıqladı

“Döyüşçüləri evə göndərirlər ki...” Putinin adamı danışıqların pərdəarxasını açıqladı

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bizə döyüşçülər və döyüşçü anaları lazımdır. Doğuş nisbətini artırmaq üçün mübarizə bu il kəskin şəkildə güclənə bilər, bunun bir səbəbi amerikalılarla danışıqlardır”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Telegram” kanalları yazıb. Bu barədə Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak edən, Putinə yaxın adam kimi tanınan filosof Aleksandr Duqin danışıb.

“İndi bizimlə amerikalılar, Putin və Tramp arasında tarixi danışıqlar başlaya bilər. Bilirsiniz, mən hərbi əməliyyatların heç olmasa Ukraynanın tam ləğvinə qədər davam etdirmənin tərəfdarıyam. Ancaq bir çox əsgər yorğunluqdan şikayətlənir. Bəlkə də fasilə lazımdır. Ancaq danışıqlar nəticəsində əldə edilən bu pauzanı boşa verməmək, ondan düzgün istifadə etmək çox vacibdir”, - Aleksandr Duqin bildirib.

O əmindir ki, hərbi əməliyyatlarda fasilə Rusiyada doğum səviyyəsini kəskin şəkildə artırmaq üçün əla fürsətdir: “İndi tarixi bir zamandır. Bizə çoxlu yeni döyüşçülər, bu döyüşçüləri dünyaya gətirəcək analar lazımdır. Buna nail olmaq üçün çox səy göstərməliyik”.

Onun sözlərinə görə, hazırda Rusiyada “doğum səviyyəsinin artırılması üçün yenilənmiş konsepsiya” hazırlanır. Buraya əvvəllər təklif olunan tədbirlər (prezervativ  və digər kontraseptivlərin yalnız pasportla satışı, uşaqsızlığa görə vergi, boşanma və abortlara qadağa və s.) daxil olacaq. 

Həmçinin doğum nisbətini artırmağın inqilabi yollar da nəzərdən keçirilir.

Xüsusən, bütün evli cütlüklər evləndikləri tarixdən etibarən dörd illik müddətin sonuna qədər ən azı iki uşaq dünyaya gətirməli olacaq. Artıq bu qaydanı tətbiqi nəzərdən keçirilir. 

“Vladimir Putin ötən ilin sonunda doğum səviyyəsini artırmaq üçün əlavə tədbirlər görməyi tapşırıb. O, bu mövzuda ilk hesabatı iyunun 1-dən əvvəl gözləyir. Təxminən bu zaman daha sərt tədbirlər görülməyə başlayacaq. Axı, Rusiyada doğum nisbəti ilə bağlı vəziyyət heç də yaxşılaşmır",- deyə Aleksandr Duqin vurğulayıb.

Kreml mənbələri də bu məlumatı təsdiqləyib. Mənbə Duqinin ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün getdikcə daha çox iştirak etdiyini təsdiqləyib. Lakin onlar doğum nisbəti məsələsi ilə Ukrayna böhranının həlli üzrə danışıqlar arasında əlaqənin şərhindən imtina ediblər.

Xəzər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri