Icma.az
close
up
RU
Döyüşə robotlar gedir Azərbaycan üçün əsas nəticə...

Döyüşə robotlar gedir Azərbaycan üçün əsas nəticə...

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ukrayna müharibəsi indi yalnız artilleriya, tank və səngər savaşı deyil. Cəbhədən gələn son məlumatlar göstərir ki, müharibənin xarakteri sürətlə dəyişir. Əsgərlərin yerini getdikcə pilotsuz sistemlər, yerüstü robotlar və süni intellektlə idarə olunan döyüş platformaları tutur. Bu ilin aprelində Ukrayna prezidenti Volodimir Zelenski diqqətçəkən açıqlamasında ölkə ordusunun bəzi əməliyyatlarda tamamilə pilotsuz sistemlərdən istifadə etdiyini və hətta düşmən mövqelərinin dronlar və yerüstü robotlar vasitəsilə ələ keçirildiyini bildirmişdi.

Bu bəyanat təkcə hərbi deyil, həm də strateji anlamda yeni dövrün elanına bənzəyirdi. Həm Ukrayna, həm də Rusiya müharibə boyunca dronlardan və pilotsuz yerüstü sistemlərdən geniş istifadə edib. Əvvəllər kəşfiyyat və müşahidə üçün nəzərdə tutulan bu texnologiyalar indi də hücum və müdafiə əməliyyatlarının mərkəzinə çevrilir.

bakupost.az xəbər verir ki, hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bu gün müharibələrin gedişində diqqət çəkən əsas tendensiya avtonomlaşmadır deyib:

“Ukraynanın bəzi əməliyyatlarında yerüstü robotların birbaşa döyüş zonasında istifadə olunduğu, hətta ayrı-ayrı epizodlarda uzunmüddətli hücumların qarşısının yalnız bir robot sistemi ilə alındığı iddia edilir. Eyni zamanda Rusiya tərəfi də partlayıcı maddələrin daşınması və hücum əməliyyatları üçün yerüstü robot platformalardan istifadə edir. Bu isə müharibənin artıq insan-insan qarşıdurmasından çıxaraq robot-robot münaqişəsinə çevrildiyini göstərir. Bu transformasiya yalnız orduların deyil, müdafiə sənayesinin də strukturunu dəyişir. Ukrayna-Britaniya əməkdaşlığı ilə yaradılan və sürətlə böyüyən UFORCE “təkbuynuzlu” statusuna yüksəlib və müxtəlif pilotsuz sistemlərin istehsalı ilə tanınır. Şirkət rəsmiləri açıq əməliyyat detalları barədə danışmaqdan çəkinsələr də, minlərlə döyüş missiyasında istifadə olunduğunu bildirirlər. Onların sözlərinə görə, müasir müharibədə pilotsuz sistemlər “dəstək vasitəsi” yox, indi əsas icraedici qüvvəyə çevrilir. Eyni zamanda ABŞ-də fəaliyyət göstərən “Anduril” kimi şirkətlər süni intellekti döyüş sistemlərinə inteqrasiya edir və bəzi platformalarda hücumun son mərhələsinin belə qismən avtonom həyata keçirildiyini açıqlayır. Bu proses ənənəvi müdafiə nəhəngləri – “Boeing” və “Lockheed Martin” kimi şirkətlər üçün də ciddi rəqabət yaradır və yeni nəsil “Neo-Prime” müdafiə ekosistemini formalaşdırır”.

Ekspert bildirib ki, texnoloji irəliləyişlə yanaşı, ciddi etik və hüquqi suallar da ortaya çıxır:

“Bu gün dronların bir-biri ilə toqquşması artıq adi hala çevrilib və bu tendensiyanın quru və dəniz əməliyyatlarına da yayılması qaçılmaz görünür. Bu proses müharibənin mahiyyətini dəyişsə də, onun sonunu müəyyən etmir. Müharibə forması dəyişir, lakin siyasi həll ehtiyacı qalır. Bu baxımdan ən böyük sual texnologiyanın nə qədər irəliləyəcəyi deyil, onun insan nəzarətindən nə qədər uzaqlaşacağıdır. Çünki robotlar döyüşü daha sürətli, daha dəqiq və daha səssiz edə bilər, amma qərarın məsuliyyətini hələ də insanlar daşıyır”.

Hərbi ekspertin sözlərinə əsasən, bu gün cəbhədə tankın, artilleriyanın və canlı qüvvənin yanında əsas rol oynayan faktor pilotsuz sistemlər, elektron müharibə vasitələri və süni intellektlə idarə olunan platformalardır:

“Bu tendensiya təkcə Ukrayna üçün deyil, bütün region dövlətləri, o cümlədən Azərbaycan üçün ciddi strateji siqnal xarakteri daşıyır. Ənənəvi hərbi düşüncədə say çoxluğu həlledici amil hesab olunurdu. Lakin Ukrayna cəbhəsi göstərdi ki, yaxşı təşkil olunmuş, yüksək texnologiya ilə təchiz edilmiş kiçik bölmələr böyük ordulara ciddi itkilər verə bilir. Dronlar, kəşfiyyat peykləri və real vaxt məlumat axını döyüşün tempini dəyişib. Artıq bölmələrin manevri saniyələrlə ölçülür və qərarvermə zənciri maksimum qısaldılır. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı təcrübə göstərmişdi ki, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli zərbə sistemləri müasir müharibənin əsas elementidir. Rusiya–Ukrayna müharibəsi isə bu reallığı daha da dərinləşdirdi. Havada uçan dronlarla yanaşı, yerüstü robotlar, elektron mübarizə sistemləri və süni intellekt inteqrasiyası da döyüşün ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan Azərbaycan üçün əsas dərs ondan ibarətdir ki, mövcud üstünlük qorunmalı deyil, daim inkişaf etdirilməlidir. Çünki texnologiya sahəsində bir neçə illik geriləmə belə döyüş meydanında ciddi risk yarada bilər.

Ukrayna müharibəsi göstərdi ki, dronların effektivliyi təkcə onların mövcudluğu ilə yox, həm də onların qarşısını alan sistemlərin səviyyəsilə müəyyən edilir. Yəni drona qarşı dron, sistemə qarşı sistem dövrü başlayıb. Azərbaycan üçün bu, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin daha da təkmilləşdirilməsi zərurətini ortaya qoyur. Sadəcə hücum imkanları deyil, müdafiə qalxanı da paralel inkişaf etməlidir”.

Rövşən Məhərrəmov vurğulayıb ki, müasir müharibədə süni intellekt artıq köməkçi rolundan çıxaraq qərarvermə prosesinə daxil olur:

“Bu isə ikiqat risk yaradır. Sürət və effektivlik artır, eyni zamanda səhv qərarların nəticəsi daha geniş miqyas ala bilir. Azərbaycan üçün əsas yanaşma burada balanslı model olmalıdır – insan nəzarətinin qorunması və texnologiyanın dəstəkləyici rolunun düzgün müəyyənləşdirilməsi vacibdir. Gələcək müharibələr “kim daha çox əsgərə malikdir” sualı ilə deyil, “kim daha ağıllı və inteqrasiya olunmuş texnologiyaya sahibdir” sualı ilə həll olunacaq. Azərbaycan üçün əsas nəticə isə 44 günlük müharibədə qazanılan texnoloji üstünlüyü qorumaqla hər gün inkişaf etdirməkdir. Bu üstünlüyü qorumaq və inkişaf etdirmək isə uzunmüddətli strateji prioritetə çevrilməlidir. Çünki gələcəyin döyüş meydanında qalib gələn tərəf texnologiyaya ən sürətlə adaptasiya olunan tərəf olacaq”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 May 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see463

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see338

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see320

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see316

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see314

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see291

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see291

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see288

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see287

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see280

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see275

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see274

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see268

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see264

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see256

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see253

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see249

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see228

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see217

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri