Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Dözə bilmədiyimiz 10 ağrı: ağrıkəsicilər də təsir etmir

Dözə bilmədiyimiz 10 ağrı: ağrıkəsicilər də təsir etmir

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Xəstəliklər zamanı orqanizmimiz fərqli reaksiyalar verir. Hər narahatlığın ayrı bir ağrısı olur. Böyük Britaniya Milli Səhiyyə Sistemi ən dözülməz ağrıları şiddətlidən zəifə doğru sıralayıb. 10 ən şiddətli ağrı verən xəstəlik bunlardır:

1. Endometrioz - Yumurtalıqlar və fallopiya boruları kimi bölgələrdə uterusun selikli qişasına bənzər toxumaların böyüməyə başladığı bir problemdir. Bütün yaş kateqoriyasında qadınlarda rast gəlinə bilər. Uzun müddətli olan endometrioz sağalmaz, lakin müalicə edilən xəstəlikdir. Xəstəlik çox ciddi və şiddətli ağrı ilə müşahidə edilir. Xüsusən, xəstəlik xronikləşdikcə ağrılar daimi xarakter alır.

2. Şinqles – Bu xəstəlik ağrılı səpgilərə səbəb olan bir infeksiyadır. Səpkilərin sağalması dörd həftəyə qədər çəkə bilər, bu müddət ərzində dəridə iltihab və yanma kimi dəhşətli ağrılar müşahidə edilir.  

3. Disk protruziyası ( Sürüşmüş disk) - Prolaps və ya yırtıq disk olaraq bilinən sürüşmüş disk onurğadakı  fəqərələr arasındakı yumşaq toxuma yastığı itələndikdə yaranır. Bu toxuma onurğa beyni boyunca uzanan sinirləri sıxdıqda ağrı dözülməz ola bilər. Xəstəliyin müalicəsində daha çox cərrahi əməliyyatda üstünlük verilir.

4. Apandisit – Bu problem zamanı qarnın ortasında çox güclü ağrı yaranır. Bir müddət sonra ağrı appendiksin yerləşdiyi aşağı sağ tərəfə yayılır, və şiddətlənir. Bu nahiyəyə təzyiq etmək, öskürmək və ya yerimək ağrını daha da gücləndirə bilər.

5. Donmuş çiyin sindromu - Çiyin oynağı mayesi ifrazında pozğunluq yaranması və iltihabı nəticəsində yaranır. Daha çox hərəkət məhdudiyyəti ilə özünü göstərir. Bu sindrom zamanı çiyin şiddətli və uzun müddət, bəzən illərlə ağrıya bilər. Daha baş, baş ətrafı, göz ağrıları ilə özünü büruzə verir.

6. Sümük qırıqları - Sümük sınıqları da ən şiddətli ağrılardan hesab edilir. Ən çox görülən üç əlaməti  var: Ağrı, şişlik və deformasiya. Ən pisi də sümüyün bitişməsi uzun vaxt alır və bu müddət ərzində ağrı davam edir.

7. Kompleks regional ağrı sindromu - Bir insanın davamlı və şiddətli ağrı hiss etdiyi amma səbəbi bilinməyən sindromdur. Əksər hallar zədə nəticəsində baş versə də, yaranan ağrı adi haldan daha şiddətli və uzunmüddətli olur. Təsirə məruz qalan bədən hissəsinin dərisi o qədər həssaslaşır ki, yüngül toxunma, qabarma və ya hətta temperaturun dəyişməsi belə şiddətli ağrıya səbəb ola bilər.

8. Ürək problemləri -  Ürəyə qan axınının qəfil tıxandığı ciddi tibbi təcili vəziyyətdir. Ürəyə qan çatışmazlığı ürək əzələsinə ciddi ziyan vura bilər və həyat üçün təhlükə yarada bilər. Simptomlara sinə ağrısı, nəfəs darlığı, zəiflik və narahatlıq hissi daxildir.

9. Artrit -   Artrit oynaqlarda yaranan xəstəliklərin ümumi adıdır. Simptomları şiddətli oynaq ağrıları və oynaq ərəkətsizliyi ilə müşahidə edilir

10. Migren - Adətən başın bir tərəfinin döyünməsinə səbəb olan orta və ya şiddətli baş ağrısıdır. Migrendən əziyyt çəkən insanlar işığa və ya səsə qarşı həssas olurlar. Ağrı dayanılmaz və olduqca güclü olur.

Sevinc Hüseynova

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri