DreamDoll Bri Floridada atışmada öldü
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"DreamDoll Bri" təxəllüsü ilə tanınan 21 yaşlı "TikTok" influenseri Brianna Conson Amerikanın Florida ştatında atışma nəticəsində həlak olub.
Milli.Az report-a istinadən xəbər verir ki, insident iyulun 5-də səhər saatlarında Miramar şəhərində baş verib.
Telekanalın məlumatına görə, Conson "Lamborghini Urus" avtomobilinin sükanı arxasında olarkən, maşına ağ rəngli sedan yaxınlaşıb və oradan naməlum şəxslər atəş açıblar.
Bloger hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha iki nəfər son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hücum edənlərin şəxsiyyəti və cinayətin motivləri müəyyənləşdirilir.
Qeyd edək ki, "Gun Violence Archive" qeyri-hökumət təşkilatının məlumatına görə, ABŞ-nin Müstəqillik Gününün qeyd edildiyi üç gün ərzində ölkədə 100 nəfər atışmanın qurbanı olub, daha 340 şəxs yaralanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 07 İyul 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















