Icma.az
close
up
RU
Dron yağışı da Putini atəşkəsə yaxınlaşdırmayacaq Politoloq

Dron yağışı da Putini atəşkəsə yaxınlaşdırmayacaq Politoloq

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İndiyədək Rusiyanın siyasi və hərbi təcrübəsi göstərir ki, belə hallarda rəsmi Kreml güzəşt yolunu seçmirƏksinə, daxili siyasi təzyiqlərin təsiri ilə daha sərt mövqe nümayiş etdirməyə can atır. İntensivləşən zərbələr tezliklə atəşkəsin olacağından xəbər vermir

Yaxın Şərqdə imzalanan memoranduma əsasən müharibə dayansa da, Şərqi Avropada vəziyyət çıxılmaz həddə çatıb. Ukrayna ordusu 4 ildə ilk dəfə Rusiyanın paytaxtı Moskvaya genişmiqyaslı hücumlar həyata keçirib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkə ərazisində təxminən 1000 pilotsuz uçuş aparatı və Ukraynaya məxsus dörd qanadlı raket hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Sosial mediada yayılan görüntülərdə bombardmana məruz qalan ərazilər sanki cəhənnəmi xatırladır. Hədəfə alınan nöqtələr, Rusiya prezidentinin rəsmi iş yeri olan Kreml Sarayına təxminən 15 kilometr yaxınlıqda yerləşib. Bir neçə gün öncə, Vladimir Putini danışıqlara çağıran Zelenskinin hücumları intensivləşdirməsinə səbəb nədir?

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Ukraynanın Moskva istiqamətində həyata keçirdiyi dron hücumları hərbi və siyasi baxımdan diqqətçəkən hadisədir:

“Ukraynanın birbaşa Moskva istiqamətində zərbələr həyata keçirməsinin bir neçə səbəbi var. İlk növbədə, bu cür əməliyyatlar Rusiyanın müharibəni yalnız Ukrayna ərazisində gedən lokal proses kimi təqdim etməsinə qarşı yönəlmiş simvolik cavab xarakteri daşıyır. Moskva, Rusiya dövlət idarəçiliyinin, siyasi hakimiyyətin və hərbi qərarvermənin mərkəzidir. Paytaxt ətrafındakı təhlükəsizlik boşluqlarının ifşa olunması, Ukrayna üçün mühüm informasiya və psixoloji üstünlük formalaşdırır. Digər məqsəd, Rusiyanın hərbi-logistika imkanlarına və iqtisadi gücünə təsir göstərməkdir”. 

Politoloqun sözlərinə görə, neft emalı zavodları və enerji infrastrukturu ilə bağlı obyektlər müharibə zamanı strateji əhəmiyyət daşıyır:

“Üstəlik neft və enerji məhsulları Rusiya üçün vacib olan maliyyə imkanlarını təmin edir. Odur ki, belə obyektləri bombalamaq, Rusiya ordusunun təminat zəncirinə təzyiq göstərmək və maliyyə imkanlarını zəiflətmək cəhdi kimi də qiymətləndirilə bilər. Ukrayna Rusiyanı dron yağışı ilə boğmaqla, uzaqmənzilli zərbə imkanlarına sahib olduqlarını və Rusiya ərazisinin də müharibənin nəticələrindən kənarda qalmayacağını diqtə etməyə çalışır. Bu addım həm ölkə daxilində müqavimət əzmini gücləndirmək, həm də beynəlxalq tərəfdaşlara Ukraynaya hərbi dəstəyin davam etdirilməsinin vacibliyini göstərmək məqsədi daşıyır”. 

R.Bayramov qeyd edib ki, zərbələrin Putini atəşkəsə yaxınlaşmağa vadar edəcəyini söyləmək çətindir:

“Təbii ki, müharibənin Rusiyanın dərinliklərinə qədər gedib çıxması, ölkə daxilində təzyiq mexanizmlərinin artırmasına səbəb olur. Lakin indiyədək Rusiyanın siyasi və hərbi təcrübəsi göstərir ki, belə hallarda rəsmi Kreml güzəşt yolunu seçmir. Əksinə, daxili siyasi təzyiqlərin təsiri ilə daha sərt mövqe nümayiş etdirməyə can atır. İntensivləşən zərbələr tezliklə atəşkəsin olacağından xəbər vermir. Çünki atəşkəsə dair qərarın qəbul edilməsi tərəflərin hərbi-siyasi məqsədləri, diplomatik mövqeləri, iqtisadi imkanları və beynəlxalq aktorların təsirindən asılıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 İyun 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri